Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin Putinin təslim olmaq tələbini rədd etdi - Yenilənib

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin təslim olmaq tələbini rədd edib...

Oxu.Az-ın məlumatına görə, bu barədə o, audiomüraciət yayıb.

“Biz boynumuzu büküb onların ayağına getmək niyyətində deyilik”, - deyə Priqojin səsli bəyanatında vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciət edib, “Vaqner” muzdlu hərbi təşkilatının son addımlarını dövlətə xəyanət adlandırıb. O, həmçinin silahlı qiyam qaldıran döyüşçülərə xəbərdarlıq edib və onları kriminal fəaliyyətlərini dayandırmağa çağırıb.

***

“Biz Rusiyanın bundan sonra da korrupsiya şəraitində yaşamasını istəmirik”.

“Report” xəbər verir ki, bunu “Vaqner” Xusisi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinə cavabında bildirib.

"Heç kim Federal Təhlükəsizlik Xidmətinin başçısının təslim olunması fikrində deyil. Biz ölkənin korrupsiya içində yaşamasını istəmirik”, - Y. Priqojin qeyd edib.

O deyib ki, Ukrayna ilə müharibə aparıldığı açıqlananda vuruşublar: “Ancaq belə çıxır ki, hər şey oğurlanıb. İndi onlar mülki vətəndaşları vururlar, çünki içəri girə bilmirlər”.

“Vaqner”in lideri vurğulayıb ki, vətənpərvərdirlər: “Bizə qarşı çıxanlar isə əclafların ətrafına toplaşanlardır”.

O, Vladimir Putin vətənə xəyanətlə bağlı çox yanıldığını söyləyib: “Biz öz vətənimizin vətənpərvərləriyik. Biz istəmirik ki, ölkədə hiylə, korrupsiya və bürokratiya hökm sürsün”.

Priqojin Putinin təslim olmaq tələblərini də rədd edib: "Biz etiraf etməyəcəyik".

Poliqon.info


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar