Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən “Azərişığ”a Bakının elektrik xətləri ilə bağlı tapşırıq

Azərişıq” ASC tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə 35 kilovoltluq müasir izolyasiyalı xəttin çəkilməsi postsovet məkanında bir ilkdir”.

Bu barədə “Report”a Suqovuşana mediatur zamanı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.

O, yeni xəttin üstünlüklərindən danışıb:

“Bunlar yeni xətlərdir. 110 kilovatlıq Tərtər yarımstansiyasında çəkilmiş bu xətt Suqovuşan qəsəbəsi və Talış kəndini qidalandırır. Biz burada nümunə kimi ənənəvi anker dayaq qoymuşuq. Bu, metal dayaqdır. Adətən ölkənin müxtəlif ərazilərində bu xətlərdə mühafizə zolağı 30-40 metr olur. Bizim çəkdiyimiz yeni xətdə isə mühafizə zolağı 3-6 metrə qədər azalıb. Bu da min hektar torpaq sahəsinin yenidən əkin sahələri kimi istifadəsinə zəmin yaradır. Eyni zamanda qeyri-sabit hava şəraitində ənənəvi xətlərdə açılmalar olur. Amma burada demək olar ki, açılmalar sıfıra bərabərdir. Bu xətlərdə yanğın baş vermə ehtimalı da sıfıra bərabərdir. Eyni zamanda, ənənəvi xətlərdə 10-12 %-ə qədər itki olur. İzolyasiyalı xətlərdə isə itkilər demək olar ki, 3-4 %-ə qədər azalır”.

“Bu iqtisadi rentabelliyi nəzərə alaraq PrezidentAzərişıq” rəhbərliyinə belə bir tapşırıq verdi ki, Bakı şəhərində də 35 kilovoltluq xətlərdə belə izolyasiyalı naqillərdən istifadə olunsun. Biz də “Azərişıq” olaraq məhz bunun üzərində işləyirik. Yaxın vaxtlarda Bakı şəhərində də belə müasir, innovativ yeniliyə əsaslanan yüksək gərginlikli xəttləri görə biləcəyik”, - deyə V.Aydınoğlu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Ən çox oxunanalar