Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doqquz ölkə Venesuaelada seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edib

Latın Amerikasının doqquz ölkəsi Venesuelada seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edib...

Poliqon xəbər verir ki, Argentina, Qvatemala, Dominikan Respublikası, Kosta-Rika, Panama, Paraqvay, Peru, Uruqvay və Ekvadorun hakimiyyət orqanları Venesuelada keçirilən prezident seçkilərinin nəticələri ilə əlaqədar Amerika Dövlətləri Təşkilatının (ADT) təcili iclasını çağırıb. Buna səbəb Venesuela Milli Seçki Şurasının seçkidə hazırkı prezident Nikolas Maduro qalib gəldiyini elan etməsi olub.

İspaniyanın EFE Agentliyinin sitat gətirdiyi bəyannamədə yuxarıda adları çəkilən 9 ölkənin hakimiyyət orqanları Venesuelada seçkilərin nəticələrinə tam şəkildə yenidən baxılmasını tələb ediblər. Onlar həmçinin “xalqın iradəsini və regionda demokratiyanın əsas prinsiplərini qoruyacaq” qətnamənin qəbul edilməsi üçün ADT Daimi Şurasının təcili iclasının keçirilməsinin vacibliyini vurğulayıblar.

ADTKuba və Venesuela istisna olmaqla, Şimali və Cənubi Amerika ölkələrinin böyük əksəriyyətini birləşdirir. Gürcüstan, Qazaxıstan və Ukrayna da daxil olmaqla 70-ə yaxın ölkə bu qurumda müşahidəçi statusuna malikdir. Rusiya 2022-ci ilin aprelində ADT-dəki müşahidəçi statusundan məhrum edilib.

Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. İyulun 29-da axşam Venesuela Milli Seçki Şurası rəsmi olaraq Nikolas Maduronu qalib elan edib. Son məlumatlara görə, Maduro 51,2% səs toplayıb. Onun əsas rəqibi, Demokratik Unitar Platformadan Edmundo Qonzales Urrutia seçicilərin 44,2%-nin dəstəyini qazanıb.

Venesuela müxalifəti təqdim edilən nəticələrlə razılaşmayıb və Qonzalesi qalib elan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Ən çox oxunanalar