Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev AEBA-nın Baş direktorunu qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.

Poliqon.info xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlətimizin başçısını təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib.

Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə etdi, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini dedi.

Dövlətimizin başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirdi. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya səhələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirdi, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırdı və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğuladı.

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirildi, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olundu.

***

Poliqon.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar