Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistanla növbəti müharibə ehtimalı doğrudan var...

Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal bildirib ki, yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sazişin imzalanması imkanını görmür...

Kənan Novruzov: “Rəsmi İrəvan üçüncü güclərin təsiri altındadır. Ermənistan üçüncü güclərin təhriki ilə bir çox addımları ata bilər. Çünki İrəvan lazımi siyasi iradəyə malik deyil”.

Azərbaycan tərəfindən müharibə təhlükəsi yoxdur. Çünki Azərbaycan görməli olduğu işləri görüb və Qarabağı tam azad edib”.

Bu sözləri politoloq Kənan Novruzov Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaalın Azərbaycan-Ermənistan münasibətinin son vəziyyəti ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Karnegi Fondunun aparıcı tədqiqatçısı və Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistan mətbuatına bildirib ki, yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sazişin imzalanması imkanını görmür. Ekspert həmçinin vurğulayıb ki, beynəlxalq təzyiqlərə baxmayaraq, yeni Ermənistan-Azərbaycan müharibəsi təhlükəsi həmişə mövcuddur.

Tomas de Vaalın bu fikirlərini necə dəyərləndirmək olar? Doğrudanmı tərəflərin bəyanatlarına baxmayaraq, Bakı ilə İrəvan arasında sazişin imzalanması imkanını yoxdur və müharibə təhlükəsi yenə də varmı?

AzərbaycanErmənistan arasında baş verən son prosesləri Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Bizə sadəcə kağız parçası lazım deyil. Yəni sülh müqaviləsi imzalandı bitdi, deyə bir şey yoxdur. Bu belə deyil”.

Üçüncü qüvvələrin təhriki ilə Ermənistanın yenə də davamlı təxribatlar törədə biləcəklərini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu təxribatların sonunda növbəti müharibə ehtimalı var. Politoloq bildirib ki, bunu tamamilə istisna etmək olmaz:

“Sülh müqaviləsi fenomeni son vaxtlar çox müzakirə olunur və həm rəsmi Bakı, həm rəsmi İrəvan, eyni zamanda üçüncü tərəflər sülh müqaviləsi ilə bağlı müsbət mesajlar verirlər. Hətta sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasının mümkünlüyü vurğulanır. Amma bu göründüyü qədər sadə məsələ deyil. Yadınızdadırsa, ötən il də oxşar mesajlar verilirdi və sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağı deyilirdi, amma olmadı.

Şübhəsiz ki, biz bu il sülh müqaviləsinə daha yaxınıq, nəinki ötən il. Çünki bütün Qarabağda suverenliyimiz təmin olunub, seperatçı rejim ləğv edilib, münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılıb və s. Amma bunlar da hələ hər şey demək deyil. Bizə sadəcə kağız parçası lazım deyil. Yəni sülh müqaviləsi imzalandı bitdi, deyə bir şey yoxdur. Bu belə deyil.

Nəzərə almaq lazımdır ki, 1994-cü ildə atəşkəs haqqında müqavilə imzalanıb. Amma buna əməl olunmadı. 2020 və 2021-ci illərdə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat qəbul olundu. Bu bəyanatların şərtlərinə də əməl olunmadı. Bu mənada istisna deyil ki, ehtimal olunan sülh müqaviləsi də gələcəkdə pozulmayacaq. Deməli, əvvəlcə bunun davamlılığını təmin etmək lazımdır.

Kənan Novruzov: “İstisna deyil ki, ehtimal olunan sülh müqaviləsi də gələcəkdə pozulmayacaq. Deməli, əvvəlcə bunun davamlılığını təmin etmək lazımdır”.

Bunun davamlılığını təmin etməkdən ötrü də, əsas istiqamətlərdən biri sülh müqaviləsi imzalanmadan əvvəl sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həll edilməlidir.

İkincisi, qarşılıqlı etimad mühitinin yaranmasıdır. Düzdür, qarşılıqlı etimad mühitinin yaranması uzun məsələdir.

Üçüncü, mina xəritələrinin Azərbaycana verilməsidir.

Bütün bunlardan sonra artıq sülh müqaviləsi imzalana bilər. Bunlar olmadan sülh müqaviləsinin imzalanması müəyyən mənada təhlükəli ola bilər. Çünki Ermənistan ya öz başına, ya da üçüncü qüvvələrin təhriki ilə istənilən an yenidən müqaviləni poza bilər.

Mən ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Baxmayaraq ki, Ermənistan hərbi-siyasi hakimiyyəti sülh müqaviləsi ilə bağlı loyal bəyanatlar səsləndirir və əslində səmimi deyillər. Xüsusilə, baş nazir Nikol Paşinyan başa düşür ki, çıxış yolu yoxdur. Eyni zamanda rəsmi İrəvan üçüncü güclərin təsiri altındadır. Ermənistan üçüncü güclərin təhriki ilə bir çox addımları ata bilər. Çünki İrəvan lazımi siyasi iradəyə malik deyil.

Kənan Novruzov: “Xüsusilə, azərbaycanlıların dinc yolla Qərbi Zəngəzur qayıtması məsələsinin prioritet olduğunu nəzərə alsaq deməliyik ki, biz daha müharibə istəmirik”.

Azərbaycan tərəfindən müharibə təhlükəsi yoxdur. Çünki Azərbaycan görməli olduğu işləri görüb və Qarabağı tam azad edib. Eyni zamanda Qərbi Zəngəzur konsepsiyasını da ortaya qoymuşuq. Artıq azərbaycanlıların dinc yolla Zəngəzura, ümumiyyətlə Qərbi Azərbaycana qayıtması məsələsi gündəmdədir. Xüsusilə, azərbaycanlıların dinc yolla Qərbi Zəngəzur qayıtması məsələsinin prioritet olduğunu nəzərə alsaq deməliyik ki, biz daha müharibə istəmirik. Ümid edirik ki, Qərbi Azərbaycan məsələsi də dinc yolla öz həllini tapacaq.

Nəzərə almaq lazımdır ki, rəsmi Bakı, rəsmi İrəvandan fərqli olaraq siyasi iradəyə malikdir, üçüncü qüvvələrin təhriki ilə hərəkət etmir. Bu mənada rəsmi Bakının addımlarına proqnoz vermək daha rahatdır. Onu da nəzərə almaq lazımdır ki, regionda sülh və sabitliyin olmamasına maraqlı olan tərəflər var. Onlar məhz gərginliklə regiondakı mövcudluqlarını və təsir dairələrini artırmaq istəyirlər. Bu mənada onların təsiri ilə Ermənistan yenə də davamlı provokasiyalar törədə bilərlər. Bu provokasiyaların sonunda növbəti müharibə ehtimalı var. Bunu biz tamamilə istisna edə bilmərik. Hər bir halda təhdid və təxribat olarsa, buna adekvat cavab veriləcək. Amma bu nəyin Paşinyanın, ümumiyyətlə Ermənistan dövlətinin böyük səhvi ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar