Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistanın daxilində qarşıdurmanın olması mümkündür...

İddialara görə Ermənistanda hakimiyyət daxilində parçalanma başlayıb...

Siyasi-şərhçi: “Ermənistanın İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitin yekun bəyannaməsini imzalamamısının bir neçə səbəbi var. Onlardan biri hazırda daxildə baş verən böhran, ehtimal olunan Rusiyanın əli ilə və keşiş Baqratın başçılığı ilə keçirilən etiraz aksiyalardır”.

Ermənistan bu münaqişədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, yenə də Moskvanın qəbuledilməz qırmızı xəttlərinə riayət etməyə çalışır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistan hakimiyyətində iddia edilən parçalanmanı Poliqon-a şərh edərkən qeyd edib.

Bəzi iddialara görə Ermənistanda hakimiyyət daxilində parçalanma başlayıb. Bildirilir ki, artıq iqtidardakı sorosçular arasında fikir ayrılığı yaranıb. Ziddiyyət İsveçrədə keçirilən Ukrayna Sülh Sammitindən sonra ortaya çıxıb. Bölünməyə əsas səbəblərdən biri kimi sorosçu qanadın təmsilçisi sayılan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sammitdə çıxışdan imtina etməsi və yekun sənədə imza atmaması göstərilir.

Paşinyanın komandasında taktiki fikir ayrılıqları daha da dərinləşə bilərmi?

Ermənistanın daxilində baş verən prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Belə bir hadisə baş versəydi, bu açıq şəkildə Paşinyana qarşı cəbhənin açılması anlamına gələrdi ki, bunun da belə tez baş verəcəyi inandırıcı deyil”.

Ermənistanın İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitin yekun bəyannaməsini imzalamamısının bir neçə səbəbi olduğunu vurğulayan Politoloq Poliqon-a bildirib ki, bunlardan biri də İrəvanın Moskvadan çıkinməsi olub:

Ermənistanın İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitin yekun bəyannaməsini imzalamamısının bir neçə səbəbi var. Onlardan biri hazırda daxildə baş verən böhran, ehtimal olunan Rusiyanın əli ilə və keşiş Baqratın başçılığı ilə keçirilən etiraz aksiyalardır.

Belə bir məqamda güman edilə bilər ki, Ermənistan hakimiyyəti Rusiyanı daha çox əsəbləşdirməmək üçün neytral qalmağı tərcih edib. Çünki İrəvan İsveçrədə keçirilən konfransın Ukrayna üzrə yekun sənədini imzalasaydı, bu, Ermənistan-Rusiya münasibətlərindəki gərginliyi daha da artıracaqdı. Ermənistan bu münaqişədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, yenə də Moskvanın qəbuledilməz qırmızı xəttlərinə riayət etməyə çalışır.

Ermənistanın daxilində qarşıdurmanın olması mümkündür. Lakin, bu cür beynəlxalq tədbirdə Paşinyan hakimiyyətinin nümayəndəsinin Paşinyandan xəbərsiz belə bir addım atmasını düşünmürəm. Həmçinin, belə bir hadisə baş versəydi, bu açıq şəkildə Paşinyana qarşı cəbhənin açılması anlamına gələrdi ki, bunun da belə tez baş verəcəyi inandırıcı deyil”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - Yenilənib

Ukrayna Avropa yolundan saparsa, Aİ ona yardımdan imtina edəcək

Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirilib

81 yaşlı Bayden və 78 yaşlı Tramp: Kim daha dörd il Ağ Evdə hökm edəcək?..

“Forbes”: Vahid Ələkbərov dividend gəlirlərinə görə ən varlı rusiyalıların siyahısında birincidi

Ryabkov: Qərb Rusiya ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşır...

Ən çox oxunanalar