Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistanda Konstitutsiya dəyişikliyi Paşinyanın siyasi məqsədlərinə xidmət edir...

Paşinyan Konstitutsiya dəyişikliyinə əsasə öz siyasi problemlərini həll etmək üçün gedir?..

Zaur İbrahimli: “Hal-hazırda davam edən sülh müzakirələrinin məntiqi və mümkün nəticələri də nəzərdə tutur ki, Paşinyan Konstitutsiya islahatlarına getməlidir”.

“Paşinyan əlverişli zamandan maksimum istifadə etməyə çalışır. Lakin düşünmürəm ki, Baş nazir Nikol Paşinyan siyasi sistemi dəyişsin və prezident idarəçiliyinə qayıtsın”.

Bu sözləri politoloq Zaur İbrahimli Ermənistanın Baş nazirinin Konstitutsiya islahatlarına getməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın radikal müxalifəti Baş nazir Nikol Paşinyanın üstününə düşüb ki, o yeni  Konstitusiyanın qəbulu vacibliyini söyləməklə əsas qanunda Azərbaycana və Türkiyəyə ərazi iddiaları olan bəndləri çıxarmaq istəyir.

Paşinyanın Konstitutsiya dəyişikliyində bu parametrləri nəzərə alacağına inanmaq olarmı, yoxsa Paşinyan Konstitutsiya dəyişikliyinə əsasə öz siyasi problemlərini həll etmək və demək olar ki, mütləq hakimiyyətə sahib prezident ola bilmək üçün gedir?

Paşinyanın Konstitutsiya islahatındakı məqsədini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

 

Zaur İbrahimli: “Ermənistanın Baş naziri hal-hazırda yaranmış vəziyyətdən istifadə edərək öz siyasi mövqeyini gücləndirmək niyyətindədir”.

Paşinyanın çoxdan Konstitutsiya islahatlarını aparmaq istəyində olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, Ermənistanın Baş naziri xüsusən icra hakimiyyətinin məhkəmə-hüquq sisteminə təsirini artırmaq istəyir:

Ermənistanda Konstitutsiya dəyişikliyi Nikol Paşinyanın siyasi məqsədlərinə cavab verir. Eyni zamanda Azərbaycanla davam edən sülh müzakirələrinin məntiqindən çıxır. Bilirik ki, Azərbaycanın əsas irəli sürdüyü tələblərdən biri Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə hər hansı hərbi, siyasi təhdid yaratmayacağı ilə bağlı öhdəlik götürməsidir. Ola bilsin ki, çərçivə sülh sazişində bu şəkildə ifadə olunub.

Ermənistan üzərinə götürüb ki, onlar bu iddiaların əks olunduğu doktorional sənədləri yenidən nəzərdən keçirəcəklər. Əlbəttə, bu zaman həm Konstitutsiyanın priambulasından həm Azərbaycana, həm də Türkiyəyə qarşı olan ərazi iddiaları geri götürülməlidir. Hal-hazırda Nikol Paşinyan irəli prespektivə oynayır. Əgər bu iddialar həmin doktorional sənədlərdə qalacaqsa və baza hüquq norma sistemi kimi nəzərdə tutulacaqsa, bu zaman hansısa dayanıqlı sülhdən danışmaq əlbəttə məntiqsiz olardı. Həm də bu kaptulyasiya etmiş tərəf kimi Ermənistanın bir öhdəliyidir. Bu baxımdan hal-hazırda davam edən sülh müzakirələrinin məntiqi və mümkün nəticələri də nəzərdə tutur ki, Paşinyan Konstitutsiya islahatlarına getməlidir.

Zaur İbrahimli: “Hökümətin fəaliyyətinə təsir edən müəyyən məhdudlaşdırıcı qanunvericilik aradan qaldırılacaq”.

Digər tərəfdən isə bilirik ki, Paşinyan çoxdan Konstitutsiya islahatları aparmaq istəyir. Paşinyan xüsusən icra hakimiyyətinin məhkəmə-hüquq sisteminə təsirini artırmaq istəyir. Güman edirəm ki, hökumətin səlahiyyətləri artırılacaq. Yəni hökümətin fəaliyyətinə təsir edən müəyyən məhdudlaşdırıcı qanunvericilik aradan qaldırılacaq. Düşünürəm ki, bu həm hakimiyyətin buraxılması ilə bağlı olan məsələləri, həm də baş nazirin səlahiyyətlərini əhatə edəcək.

Düşünürəm ki, Ermənistanın baş naziri hal-hazırda yaranmış vəziyyətdən istifadə edərək öz siyasi mövqeyini gücləndirmək niyyətindədir. Yəni hər iki maraq üst-üstə düşür. Paşinyan əlverişli zamandan maksimum istifadə etməyə çalışır. Lakin düşünmürəm ki, baş nazir Nikol Paşinyan siyasi sistemi dəyişsin və prezident sülh idarəsinə qayıtsın. Mənim ehtimallarıma görə hal-hazırda Paşinyan üçün bu ssenari ən azı gələcək prespektiv baxımından o qədər də əlverişli deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar