Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Petr Pavel: Onları Aİ-yə üzvlük astanasında qoysaq, Rusiyanın insafına buraxacağıq...

Çexiya prezidenti Petr Pavel ölkəsinin Avropa İttifaqına daxil olmasının 20-ci ildönümündə alyansın genişlənməsinin yeni mərhələlərini dəstəklədiyini bildirib...

Poliqon xəbər verir ki, prezident bu barədə Çexiyanın Aİ-yə daxil olmasının 20-ci ildönümü münasibətilə keçirilən konfransda danışıb.

Pavel Aİ-nin genişlənməsinin geostrateji zərurət olduğunu bildirib:

"Əgər Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanı uzun müddət Aİ-yə üzvlük astanasında qoysaq, onları Rusiya kimi avropalılara və Avropaya yaxşılıq istəməyən qüvvələrin insafına buraxacağıq".

Eyni zamanda, o, Aİ-nin islahatlarla daha yaxşı quruma çeviriləcəyini bildirib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok Qərbi Balkan ölkələrinin tezliklə Avropa İttifaqına qəbul edilməsinə çağırıb. Macarıstanın baş naziri Viktor Orban isə Aİ-nin diqqətini Qərbi Balkanların üzvlüyünü tamamlamağa yönəltməli, sonra isə şərq genişlənməsi ilə bağlı düşünməli olduğunu bildirib.

20 il əvvəl - 2004-cü il mayın 1-də Avropa İttifaqının tarixində ən böyük genişlənmə baş verib. Şərq Blokunun keçmiş üzvləri də daxil olmaqla, eyni vaxtda 10 dövlət assosiasiyaya qoşulub. Daha sonra daha bir neçə ölkə Aİ-yə qoşulub, lakin proses faktiki olaraq 2013-cü ildə dayanıb. İndi Brüsseldə yenidən genişlənmədən danışırlar: 10 dövlət bloka daxil olmaq istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay