Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Persepolis (Təxti-Cəmşid) və II Kir barədə tarixçilərin yalanları və təhrifləri

Söhbət tarixin təhrif edilməsindən və Persepolisin II Kirin paytaxtı kimi göstərilməsindən gedir...

Müəllif: Həbib Sasanian (Yakamoz)
Cənubi Azərbaycanlı siyasi fəal, dissident

Avropaİran tarixçilərinin Türklərin 9000 il əvvəlki sivilizasiyalarına göz yumması və buna tamamilə susması ilə yanaşı xəyalı Əhəmənilər imperiyasının qabardılması şübhəli və maraqlıdır.

Reallıqda mövcud olmamış II Kirin Hekayəsi isə daha maraqlıdır.

İndi biz tarixi təhrif edənlərin tarixi xəstəlikləri və rusvayçılıqlarına əsasən fundamental suallar veririk.

1. Tarixçilərin iddialarına görə, cinsiyyət baxımından II Kir (Koruş) kişi idi. lakin Avropa arxeoloqları tərəfindən araşdırma əsnasında ona mənsub etdikləri abidənin məzarından bir qadın sümükləri və bir itin əng sümüyü aşkarlanıb.

2. Anti-türk Firdovsi "Şahnamə"də real və mifik olmaqlarından asılı olmayaraq bütün şahların adını sadalayıb, amma əhəməniləri özəlliklə II Kiri mütləq tanımır.

3. Əgər əhəmənilər zərdüşti olsaydılar, Zərdüşt dini inanclarına əsasən, ölülərini heç vaxt basdırmazdılar, cəsədi təpə üzərində buraxardılar qurd-quşa yem olsun və torpağı murdarlamasın. Bəs necə olur əhəmənilərin şahlarına aid məzarlar və məqbərələr mövcuddur?

4. Plutarx yazır: Persepolis bir şəhər idi. Ətrafdakı divarların hündürlüyü 16 metr idi.
16 metrlik divardan indi gözə görünən bir əsər-əlamət yoxdur! Bunu necə izah etmək olar? Saray və qalalar düşmənlərin ehtimali hücumlarına qarşı divarsız idilərmı?

5. Persepolis imperiyanın paytaxtıdırsa, əhəmənilər zamanla nisbi surətdə onun ətrafında minlərlə ailəni özündə əhatə edən bir böyük şəhər olmalı idı. Amma görünən odur ki, ərazidə bir dənə belə at tövləsi də mövcud deyil. Olmaya paytaxtda yaşayan xalqların döşəyi quru yer, yorğanları açıq səma imiş?

6. Bütün paytaxtlar ətraf rayon və şəhərlərlə bağlıdır. Digər ölkələri də magistral yollar birləşdirir, Bəs bu paytaxtdan müxtəlif istiqamətdə heç bir yolun izi görünmür axı!

7. Persepolis həqiqətən bir imperiyanın hökumət sarayı olubsa, bəs o möhtəşəm binanın tavanı və sütunlarının arasındakı materialların çöküntüləri necə olub?

8. Niyə Təbəri və Beyhəqi Kiri qeyd etməyiblər?!

9. II Kirin var idisə, əsl fars qəhrəmanlığı yaratmaq üçün xəyali Rüstəm obrazını yaratmaq Firdovsinin nəyinə lazim idi? Firdovsi deyir: “Sistanda Rüstəm bir adi pəhlivan idı, mən onu Rüstəm etdim”.

Unutmayaq ki, cənab Firdovsinin xəyal dünyasında yeddi maneələrdən birində həmin Rüstəm Mazandaranın Ağ divi ilə vuruşur və qalib gəlir. Cin, Div və s. xəyali varlıqdır və zahiri varlığı yoxdur, ona görə də Rüstəm də mövcud olmayıb.

10. Ola bilsin ki, Kirə pərəstiş edənlər əhəmənilərin fəthlərinin təfərrüatlarının qeyd olunduğu Tövrat mətnlərinə müraciət etsinlər! Amma unutmaq olmaz ki, Tövratın nazil olması ilə Kirə aid edilən tarix arasında ən azı 1000 il ara var! Necə ola bilər ki, Kirin anadan olmasından təxminən min il öncə tərcümeyi-halı Tövratda təfərrüatı ilə yazılıb? Biz bunu qəbul etməyə məcburuqsa, deməli Tövratda əsaslı və həyasızcasına bir təhrif baş vermişdir.

11. Kir pərəstişkarlarının əsas qaynağı Herodotun 9 bölümdən ibarət “Tarix”-idir. Herodotun kitabının müqəddiməsinin özünə mənsub 18-ci səhifəsində qeyd edib ki, o, rəvayətlərinin çoxuna Yunanıstan xalqı arasında yayılmış əfsanələrdən sitat gətirib. Buna görə də məlumatların dəqiqliyinə, sağlamlığına cavabdeh deyil. Həmçinin əgər Kir, yaxud yunanlar demişkən, Kressi mövcud olubsa, bu, Yunan xalqlarının əfsanələri ilə bağlıdır və farslarla heç bir əlaqəsi yoxdur.

12. İddiaçıların, o cümlədən Heradot, Ville Durant, Ksenofon və Pirniyanın yazılarında ciddi şübhələrin olmasına baxmayaraq, Kir haqqında bu sual elm və tarix əhli və arxeoloqlar üçün həllini tapmayıb. Heradotun dövründə perqament (Dəri) və kağız nüsxələrinin hələ icad edilmədiyini nəzərə alsaq, bu gün minlərlə səhifəyə çatan, qərəzlə çap olunan, çoxaldılan Kirlə bağlı materialların daş və ya gil lövhələr üzərində həkk olunmuş əsas mənbəyi dünya muzeylərinin və ya universitetlərinin birində praktiki olaraq mövcud olmalıdır! Və 2400 il bundan əvvəlki imkanları nəzərə alsaq uşqlıq, yeniyetmə, cahillik və 30 ilini də səyahətə həsr etmiş bir insanın o həcmdə kitabı hətta belə dəri üzərinə yazmağa ömrü necə kifayət etmişdi?

13. Necə oldu ki, o əzəmətli bir imperiyadan, Kirin adına bir tunc sikkə belə qalmadı?

14. Kirə aid edilən yeganə sənəd, guya paytaxt Şuşdan uzaqda, Babil dağlarında tapılmış gil silindirdir və Pəhləvi sülaləsinin, həm də əsasən qərb əsilli tarixçilərin avam aldatmalarına baxmayaraq, Britaniya hökuməti orijinal nüsxəni niyə saxlamayıb? Beynəlxalq medianın və qədim xətt professorlarının iştirakı ilə deşifrə imkan vermir! Sözügedən silindrin akkad dilində və yazısında olduğunu nəzərə alsaq, necə olur fars mədəni irsinin bir hissəsi adlandırılır?

15. Nə üçün Kirin həqiqi aləmdə olduğuna inananların hədsiz iddialarına baxmayaraq, İranın daxilində və xaricində ən azı bir xaraba anbarın da Kirə aidliyi qeyd olunmayıb?

16. Nə üçün İran xalqı və tarixçiləri Qacarlar sülaləsindən öncə Kirin və Əhəmənilərin adını eşitməmişdilər?

17. Kirin varlığını iddia edənlər, dərslik və tarix kitablarının müəllifləri iddialarında sadiqdilərsə, ölkənin dövlət qeydiyyatı təşkilatından son 90 ildə hər hansı Kir soyadlı, Kir adlı bir şəxsin doğum şəhadətnaməsi haqqında, ən azı bir nüsxəsini təqdim etməyi tələb etsinlər. Bununla da əcdadlarının Kir sayaq bir milli qəhramana hörmətlərinin bariz nümunəsinin göstəricisi kimi bu fikirin müxaliflərinə sübut etsinlər ki, səhv edirlər. Əcəba, panirançıların fikrincə Pers mədəniyyətini məhv etmiş İsgəndər, Çingiz, Əmir Teymur adlarına cəmiyyət daxilində yüz yaşında insanlarla da rastlaşırıq, amma Pəhləvi sülaləsindən əvvəl yaşamış Əhəmənilərin şahları adında bir dənə də insanı görmək mümkün deyil.

18. Kirə inananların iddialarını nəzərə alsaq, zati-aliləri Kir və onun sələfləri qonşu xalqlarla müdam savaşıblar, bəs onlar Pasarqad və Persepolis kompleksini hansı dövrdə tikiblər?

19. Və nəhayət, Persepolis Kompleksi həqiqətən Əhəmənilərə aiddirsə, nədən Kir Sarayı yox, Cəmşid Sarayı adi ilə məşhurdur?

Bu gün sübutu hər kəsə aydındır. Pasarqad və Persepolis adlarından da göründüyü kimi, bu tikililərin tarixi abidə olduqları təsdiqlənən surətdə, yunan və elam simvolları və adları ilə əsərlər olduğu ortaya çıxır. İranla farsların bu tarixlə heç bir əlaqəsi yoxdur.

Maraqlısı odur ki, onlar Elam ziqquratının xarabalıqları üzərində yenidən tikiliblər və Avropalı turistlərin xatirələrdə qoyub getdikləri fotolara görə 1950-cı illərə qədər Persepolisdəki yazıların forması və sayı, qərb alimlərinin saxtalaşdırması və təhriflərindən əvvəl tamamilə fərqli olub. Onlar 48 il əvvəl, güya 2500 illik İranın eradan əvvəlki tarixini nümayiş etdirmək məqsədilə tələm-tələsik, “suyu göllərdən, dəni ellərdən” toplanan daş heykəllər və hətta ətrafdakı ərazilərin məscidlərinin sütunlarını toplayıb müasir texnika avadanlıqlarından yararlanaraq, guya əhəmənilərə aid yarım-yapalaq bir saxta saray dikəldiblər. (Laqunda izləri hal-hazırda o abidənin bir çox sütunlarının və heykəllərin üzərində görünməkdədir).

Sonda bildirməyim gərəkir ki, həmin mərasimdə o tarixdən, yəni 1975-ci ildən etibarən xaricilərin doğulan uşaqlarına valideyinləri Kir adı ilə şəxsiyyət vəsiqəsi alıb surətini öz olduqları ölkələrində İran səfirliyinə verib müqabilində 1000 dollar mükafat alıblar. O zamanın qəzetlərinin yazdıqlarna əsasən təkcə bir il sonra Fransa, İngiltərə, İtalian və s. 4000 xarici körpənin Kir adında şəxsiyət vəsiqələrinin surəti İran səfirliyinə təhvil verilib və hər birinin müqabilində mükafat alınıb!

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar