Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub

“İndiyə qədər penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub”

Bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru Famil Məmmədov deyib.

O bildirib ki, həmin məhkumlarda aşkarlanan xəstəlik dərmana davamlı (DD) sayılıb və müalicəsi başa çatanlar arasında uğurlu nəticə 80 faiz olub: "Hazırda 98 nəfər DD xəstənin müalicəsi davam etdirilir. Onlardan 69 nəfəri ixtisaslamış müalicə müəssisələrdə, 29 nəfəri isə mülki sektordadır. 2017-ci ilin may ayında etibarən pre-GDD və GDD formalı vərəmli xəstələrin müalicə sxemlərində yeni dərman preparatları (Bdq, Dlm, Lzd, Cfz, imp və Amx/Clv) tətbiq edilir. Bu müddətdə 28 xəstəyə müalicə kursunun əvvəlindən yeni preparatlar təyin olunub. 39 xəstənin mövcud müalicə sxeminə sonradan yeni preparatlar (Lzd, Cfz) əlavə edilib”.

F.Məmmədovun sözlərinə görə, yeni preparatlar qəbul edən xəstələrin 21 faizində İİV, 45 faizində HCV, 3 faizində HBV, 6 faizində şəkərli dibaet kimi yanaşı gedən xəstəliklər də aşkarlanıb: “Penitensiar müəssisələrdə vərəm sahəsində əldə etdiyimiz uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digər ölkələrə də nümunəvi təcrübə kimi göstərilir. Hazırda həm dərmanlara həssas vərəm, həm də dərmanlara davamlı vərəmlərə qarşı uğurlu müalicə göstəriciləri yüksək səviyyədədir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar