Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Patı“ qəbul edən gənc küçədə komaya düşdü - Foto, Yenilənib

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə bir gəncin narkotik istifadəçisi olması barədə valideynləri tərəfindən müraciət edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat edib.

Onun sözlərinə görə, verilən məlumat əsasında polis əməkdaşları tərəfindən həmin gəncin narkotik istifadəçisi olub-olmamasını müəyyənləşdirmək üçün onun Narkoloji Mərkəzdə müayinədən keçməsi təmin edilib və laborator analizlərin nəticəsindən sonra həmin gəncin narkotik istifadəçisi olduğu məlum olub.

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

***

Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.

PİA.az xəbər verir ki, bu barədə “Report”a ərazidə işləyən sakinlər məlumat verib.

Məlumata görə, yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

“Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, “patı”nın təsirindən komaya düşüb” - deyə, sakinlər bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay