Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın imici darmadağın oldu, amma o, erməni cəmiyyəti ilə hesablaşmaq istəmir

Ermənistandan Paşinyan iqtidarına qarşı etirazlar davam edir. PİA.az xəbər verir ki, Ermənistan müxalifəti bu gün yenidən kütləvi aksiyalara başlayıb.

Etirazçılar Paşinyandan Qarabağda müharibənin dayandırılması barədə Bakı, Moskva və İrəvan arasında birgə imzalanmış bəyanatla bağlı izahat tələb edirlər.

Müşahidələr göstərir ki, Paşinyan və komandası erməni cəmiyyəti ilə hesablaşmaq niyyətində deyil.

Baş nazirin etirazçılara yönəlik açıqlamaları, hakim “Mənim Addımım” parlament fraksiyasına daxil olan deputatların müzakirələrə qatılmaqdan imtina etməsi, nəhayət, aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq olunması və repressiv addımlar Paşinyan hökumətinin demokratik obrazını da darmadağın edib.

Ermənistanın gündəmində Qarabağla yanaşı, Paşinyanın repressiyalara əl atması xüsusi yer tutur. Lakin maraqlıdır ki, daim demokratik dəyərlərin keşikçisi rolunda çıxış edən Qərb Ermənistanda demokratik dəyərlərin ayaqlanmasına göz yumur.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Qərbin Ermənistanda baş verənləri sükutla seyr etməsi ikili standartlardan irəli gəlir. “Siyasi liberalizm, fikir azadlığı və digər demokratik dəyərlər yalnız hansısa ölkəyə təzyiq edəndə yada düşür. Baxın, Qərb Azərbaycanın işğal altında olan torpaqlarına necə don geyindirir. Sanki bunlar həmin ərazilərin Azərbaycana məxsus olmasından, ermənilərin işğalçılıq siyasətindən, Qarabağda etnik təmizləmə aparmalarından xəbərsizdirlər.

Ermənistana “demokratiya” gətirən Paşinyan hazırda avtoritar şəxsə çevrilib. İərvanda keçirilən aksiyalarda həbslər həyata keçirilir, etiraz edənlərə zor tətbiq olunur və s. Lakin sanki Qərb bütün bunları görmür. Oxşar hadisələr Azərbaycanda baş verərsə, bütün dünyanı ayağa qaldırardılar. Bütün bunlar təbii ki, Qərbin riyakarlığından, məsələlərə ikili standartlarla yanaşmasından irəli gəlir”, - deyə politoloq bildirib.

Qabil Hüseynlinin fikrincə, Paşinyan həm də Qərbə sərf etdiyi üçün onun anti-demokratik addımlarına göz yumulur. “Çünki Qarabağda müharibənin dayanması ilə bağlı sənədə imza atıb. Bölgədə müvəqqəti də olsa sabitlik bərpa olunub. Bu sabitliyin dayanıqlı olması üçün Paşinyan Qərbə lazımdır”, - deyə müsahibimiz qeyd edib.

Rusiyanın baş verənlərdə roluna gəlincə, politoloq düşünür ki, Moskva da hələ ki, Paşinyanın istefasında maraqlı deyil. “Paşinyan iqtidarı legitim hakimiyyət kimi tanınır. Məhz məlum bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün Ermənistanda legitim hakimiyyətin olması vacibdir. Paşinyanın devrilməsi isə yenidən münaqişənin alovlanmasına səbəb ola bilər. Rusiya bunu istəmir. Bu baxımdan, Paşinyan Kremlə lazımdır”, - deyə Qabil Hüseynli vurğulayıb. (Yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay