Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Rusiyada Azərbaycan rəsmiləri ilə görüşdü – Gizli danışıqların detalları

Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak üçün Rusiyada olan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan nümayəndə heyəti arasında aprelin 29-dan 30-na keçən gecə gizli görüş keçirilib.

Erməni mənbələrində yayılan bu iddiaya görə, görüşdə iki məsələ müzakirə olunub:

- Nəqliyyat kommunikasiyalarının açılmasına dair yol xəritəsi;

- AzərbaycanErmənistan arasında sülh müqaviləsinin imzalanması;

Bu iddianı daxili siyasi mübarizədə Paşinyana qarşı növbəti ittiham hesab etmək olar, lakin görüşdə müzakirə edilən məsələlər son proseslər fonunda diqqət çəkir və müəyyən ehtimalları ön plana çıxarır.

ABŞ regiona Ermənistan üzərindən təsirlərini artırmaq gedişləri edir, Baydenin "soyqırımı” ifadəsi də buna hesablanan addım idi.

Ermənistanın Moskvanın çətiri altından çıxarmaq və münaqişənin Rusiyasız həlli üçün "Bolton planı” dövriyyədə idi, lakin ABŞ gecikdi və Avrasiyada geosiyasi dəyişiklik planı önə çıxdı. "Amerika qayıdır” şüarı ilə hakimiyyətə gələn Bayden Avrasiyadakı dəyişikliyin ABŞ-ın maraqlarına uyğunlaşdırmaq istəyir. "Soyqırımı” məsələsindən sonra Blinkenin Bakıya zəngi Vaşinqtonun balansı qorumaqla yanaşı, bu niyyətindən də irəli gəlir.

Amerikalıların gəlişini hiss edən ruslar narahatdır və mümkündür ki, Qarabağla bağlı prosesi sürətləndirmək üçün sülh müqaviləsinin – 10 noyabr razılaşmasının rəsmiləşdirilməsini müzakirəyə çıxarıblar.

Bu məsələnin müzakirəsi üçün ilk növbədə razılaşmanın indiyə qədər heç bir irəliləyiş olmayan 4-cü bəndinin – erməni qoşunlarının Qarabağdan çıxarılmasının yerinə yetirilməsi lazımdır. Bu kontekstdə iki hadisə diqqət çəkir.

1.Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın Moskvaya çağırılması;

2. Erməni hərbi texnikası və şəxsi heyətin Qarabağdan çıxarıldığı haqda yayılan videokadrlar;

Moskva Qarabağda erməni qoşunlarının çıxarılmasından sonrakı dövrə hazırlaşır, Arutyunyanın bununla bağlı təlimatlandırıldığı istisna deyil. 4-cü bəndin yerinə yetirilməsindən sonra isə 10 noyabr razılaşmasının rəsmiləşdirilməsi istiqamətində fəaliyyəti genişləndirəcək. Lavrovun İrəvan və Bakı səfərinin gündəliyini də bu məsələlərin əhatə etdiyini deyə bilərik.
(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay