Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan faşist sələflərini tənqid etdi... - Özü onlardan nə qədər fərqlənir?..

Vətən Müharibəsində Ermənistan kapitulyasiya etməsəydi, Paşinyan öz sələflərindən nə qədər fərqli siyasət yürüdəcəkdi?..

Politoloq: “Paşinyanın keçmiş liderləri ittiham etməsində haradasa, həqiqətlər də var”.

“Düşünürəm ki, vəziyyətin bu nöqtəyə gəlməsində Paşinyanın da günahları var”.

Bu sözləri politoloq Əhəd Məmmədli Paşinyanın keçmiş erməni liderlərini ittiham etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağ müharibəsini araşdıran komissiyanın iclasındakı çıxışında Paşinyan müharibənin başlamasına və danışıqlardakı zəif mövqeyə görə Ermənistanın özündən əvvəlki bütün liderlərini tənqid edib.

Nikol Paşinyanın özündən əvvəlki liderləri tənqid etməsində müəyyən məntiq varmı? Uzun illər boyu Ermənistanın işğalçı siyasət yürütməsində əsas rol oynayan Koçaryan-Sarkisyan cütlüyü ilə Şuşada içkili şəkildə yallı oynayan, “Qarabağ Ermənistandır” deyən Paşinyan əvvəlki liderlərdən nəylə fərqlənir və Vətən Müharibəsində Ermənistan kapitulyasiya etməsəydi, Paşinyan öz sələflərindən nə qədər fərqli siyasət yürüdəcəkdi?

Ermənistanın Baş nazirinin atdığı yanlış addımları Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: ““Qarabağ Ermənistandır” sözünü o vaxta qədər heç bir Ermənistan rəhbəri deməmişdi, amma Paşinyan dedi”.

Daha sonradan Paşinyan məcbur qalıb Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını xatırladan politoloq Poliqon-a bildirib ki, bunu da Azərbaycanın hərbi, siyasi uğuru kimi qiymətləndirmək lazımdır:

“Paşinyan hakimiyyətə gələn ilk aylardan Ermənistanın bütün problemlərini keçmiş liderlərin üzərinə atardı. Paşinyan əsasən də, Qarabağ klanları olan Köçəryan və Ssrkisyanı günahlandırırdı. Müharibədən sonra da Ermənistanın indiki baş naziri ordunun pis vəziyyətdə olmasını, danışıqların normal aparılmadığını da keçmiş liderlərin üzərinə atdı. Paşinyanın keçmiş liderləri ittiham etməsində haradasa, həqiqətlər də var. Amma bu Paşinyan üçün çıxış yolu deyil.

Fakt odur ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistan məğlub oldu. Eyni zamanda Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycanın ünvanına qıcıqlandırıcı ifadələr işlətdi. “Qarabağ Ermənistandır” sözünü o vaxta qədər heç bir Ermənistan rəhbəri deməmişdir, amma Paşinyan dedi. Həmçinin Paşinyanın Şuşada etdiyi hərəkətlər pik nöqtə idi.

Əhəd Məmmədli: “Bəlkə də, Paşinyan Azərbaycanı qıcıqlandırmasaydı, məsələləri bu vəziyyətə çatdırmasaydı müharibə də, olmayacaqdı və torpaqlarımızın böyük əksəriyyətini geri qaytarmayacaqdıq”.

Düşünürəm ki, vəziyyətin bu nöqtəyə gəlməsində Paşinyanın da günahları var. Amma bu barədə biz Paşinyana sağ olsun deməliyik. Çünki bəlkə də, o Azərbaycanı qıcıqlandırmasaydı, məsələləri bu vəziyyətə çatdırmasaydı müharibə də, olmayacaqdı və torpaqlarımızın böyük əksəriyyətini geri qaytarmayacaqdıq. Təbii ki, müharibənin başlanmasına səbəb təkcə Paşinyanın hərəkətləri deyildi. Azərbaycan iqtidarının həmin dövrdə siyasi iradə göstərməsi və Türkiyə-Azərbaycan birliyinin üst-üstə düşməsi müharibənin başlamasına təkan verdi.

Azərbaycan torpaqlarını azad edəndən və Ermənistan kapitulyasiya olandan sonra Paşinyan məcbur qaldı Qarabağ Azərbaycandır dedi. Bunu da Azərbaycanın hərbi, siyasi uğuru kimi qiymətləndirmək lazımdır. Amma Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəri nəzarətində olan ərazilərini də bu ilin sonuna qədər azad etməli və tam suverenliyini bərpa etməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar