Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris-2024: Bütün idman növləri üzrə lisenziya kvotası müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında bütün idman növləri üzrə lisenziya bölgüsü müəyyənləşib.

"Report" Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, Tokio olimpiadası ilə müqayisədə bəzi idman növlərində iştirakçı sayı azaldılıb. Buraya su idmanı, atletika, boks, kanoe, velosiped idmanı, gimnastika, cüdo, avarçəkmə, yelkənli qayıqsürmə, atıcılıq və ağırlıqqaldırma daxildir.

Skeytbordinq, idman dırmanması və sörfinqdə lisenziya sayı artırılıb. Digər idman növlərində isə dəyişiklik baş verməyib.

Həmçinin olimpiadalar tarixində ilk dəfə gender bərabərliyi təmin olunub. 32 idman növünün hər birində bərabər sayda kişi və qadın idmançılar mübarizə aparacaqlar.

Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya bölgüsü

Su idmanı - 1370 (Tokio olimpiadasında - 1 410)

Oxçuluq - 128 (128)

Atletika - 1810 (1900)

Badminton - 172 (172)

Basketbol - 40 (40)

Boks - 248 (286)

Kanoe - 318 (328)

Veolisiped idmanı - 514 (528)

Atçılıq - 200 (200)

Qılıncoynatma - 212 (212)

Futbol - 32 (32)

Qolf - 120 (120)

Gimnastika - 318 (324)

Həndbol - 24 (24)

Xokkey - 24 (24)

Cüdo - 372 (386)

Müasir pentatlon - 72 (72)

Avarçəkmə - 502 (526)

Reqbi - 12 (12)

Yelkənli qayıqsürmə - 330 (350)

Atıcılıq - 340 (360)

Stolüstü tennis - 172 (172)

Taekvondo - 128 (128)

Tennis - 172 (172)

Triatlon - 110 (110)

Voleybol - 72 (72)

Ağırlıqqaldırma - 120 (196)

Güləş - 288 (288)

Breykdans - 32

Skeytbordinq - 88 (80)

İdman dırmanması - 68 (40)

Sörfinq - 48 (40)

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay