Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladlarını erkən nigaha zorlayan valideynlərə cinayət məsuliyyəti tətbiq oluna bilər?

Qanunvericilikdə bu kimi hallarda valideynə qarşı cinayət məsuliyyəti tətbiq olunursa, onda bu qanun niyə tətbiq olunmur?...

Hüquq müdafiəçisi: “Övladlarını erkən nigaha məcbur edən valideynlərə qarşı qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulur”.

“Bu məsələdə qanunvericilikdə boşluq yoxdur. Sadəcə olaraq problem oradadır ki, məcburiyyəti sübut etmə mexanizmi yoxdur”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov erkən nigahlara görə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət məsuliyyətlərini PİA.az-a şərh edərkən qeyd edib.

16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanın 19 yaşlı həyat yoldaşı tərəfindən öldürülməsi yenidən ölkədə erkən nikah problemini ortaya çıxarıb. Bilirik ki, azyaşlı qızları valideynləri zorla ərə verir və bu zaman azyaşlı qızla evlənən və cinsi əlaqəyə girən həyat yoldaşı faktiki olaraq cinayət məsuliyyəti daşıyır.

Bəs azyaşlı qız övladlarını ərə verən valideynlər bu əməllərinə görə cinayət məsuluyyəti daşıyırmı və ümumiyyətlə bu kimi hallarda Azərbaycan qanunvericiliyində valideynlərə qarşı cəza nəzərdə tutulubmu? Əgər qanunvericilikdə bu kimi hallarda valideynə qarşı cinayət məsuliyyəti tətbiq olunursa, onda bu qanun niyə tətbiq olunmur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədova müraciət edib.

Sahib Məmmədov: “Erkən evlilik bədbəxt hadisələrə gətirib çıxardır. Məişət zorakılığı olur, sonra da ağır cinayət baş verir. Bəzən isə ağır cinayət baş vermir, amma həmin şəxs ömrü boyu zorakılıq altında qalır”.

Bir şəxsi nigaha girməyə məcbur etmək cinayət məsuliyyətini yaratdığını vurğulayan hüquq müdafiəçisi bildirib ki, əgər nigaha girməyə məcbur edilən şəxs azyaşlıdırsa, onda bu məsuliyyət bir qədər də çox olur. Cinayət məcəlləsində də bunun üçün müvafiq maddə var:

“Qanunvericiliyimizdə 17 yaşına çatmış qızlar və oğlanlar evlənmək hüquqi əldə edirlər. Buna erkən nigah deyilir. Amma biri də var erkən evlilik. Yəni evlənmək yaşına çatmadan faktiki nigah münasibətlərinə girmək və yaxud da dini kəbinlə evlənmək və s. hallar təəssüf ki, bizdə var. Bu vəziyyət də bir çox hallarda məcburiyyət hallarında olur.

Ümumiyyətlə bir şəxsi nigaha girməyə məcbur etmək cinayət məsuliyyəti yaradır. Əgər nigaha girməyə məcbur edilən şəxs azyaşlıdırsa, onda bu məsuliyyət bir qədər də çox olur. Cinayət məcəlləsində də bunun üçün müvafiq maddə var. Həmin şəxslər ya pul, ya da müəyyən müddətə azadlıqdan məhrum edilməklə cəzalandırıla bilərlər.

Bu məsələdə qanunvericilikdə boşluq yoxdur. Sadəcə olaraq problem oradadır ki, məcburiyyəti sübut etmə mexanizmi yoxdur. Yəni evdə qızı məcburən ərə verirlər, amma bu barədə qız şikayət etmir. Sonradan hər hansı cinayət hadisəsi baş verəndə bunun sübut olunması çətin olur. Təəssüf ki, belə cinayətlərin üstü çox hallarda açılmır.

Faktiki olaraq erkən evliliyə qızların məcbur edilməsi halları həddən artıq çoxdur. Bu məsələnin hüquqi tərəfi ilə yanaşı sosial tərəfi də var. Sosial tərəf də odur ki, xüsusən rayonlarımızda, kəndlərimizdə qız uşaqları 9-cu sinifə qədər ya oxuyurlar, ya da oxumurlar. 9-cu sinifi bitirən qızlara şəhadətnamə verirlər. Sanki bununla da həmin qızların həyat planı başa çatır.

Sahib Məmmədov: “Övladlarını erkən nigaha məcbur edən valideynlərə qarşı qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Amma bunu sübut etmək çox çətindir və praktikada bu maddənin tətbiqi də o qədər geniş yayılmayıb”.

Məlumdur ki, kəndlərdə iş yerləri yoxdur. Buna görə də 9-cu sinifi bitirib evdə oturan qızların ailəsinin növbəti planı həmin qızın ailə qurması olur. Bunun nəticəsində də erkən evlilik baş verir. Erkən evlilik də bədbəxt hadisələrə gətirib çıxardır. Məişət zorakılığı olur, sonra da ağır cinayət baş verir. Bəzən isə ağır cinayət baş vermir, amma həmin şəxs ömrü boyu zorakılıq altında qalır.

Bu məsələnin başqa sosial tərəfi də odur ki, belə şəxslərin rəsmi nigahı olmur. Buna görə də boşanma halı olanda ərinə məxsus əmlakdan pay ala bilmir. Təəssüf ki, erkən evliliklərin belə mənfi tərəfləri var.

Bir daha qeyd edim ki, övladlarını erkən nigaha məcbur edən valideynlərə qarşı qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Amma bunu sübut etmək çox çətindir və praktikada bu maddənin tətbiqi də o qədər geniş yayılmayıb”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Ən çox oxunanalar