Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurəddin Xocanın apelyasiya şikayəti təmin edilməyib

Məhkəmə həbs qərarı verib

Bakı Apellyasiya Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, keçmiş “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Xocanın apelyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, N.Xocanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib. Hökmdən narazı qalan N.Xoca apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar