Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigerin qonşuları bu ölkəyə silahlı müdaxiləyə hazırlaşır

Nigerdə 26 iyul dövlət çevrilişindən sonra hakimiyyəti ələ keçirən hərbçilər qonşu ölkələrə xəbərdarlıq edib...

"Report" xəbər verir ki, bu barədə "Niger Press Agentliyi" məlumat yayıb.

Hərbçilərin yaratdığı Milli Şuranın sözçüsü, polkovnik Amadu Abdraman dövlət televiziyasının efirində bildirib ki, Nigerə qonşu dövlətlər silahlı müdaxiləyə hazırlaşır.

"Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) qarşıdan gələn zirvə görüşündə hərbi müdaxilə yolu ilə Nigerə qarşı təcavüz planı hazırlanır", - Abdraman deyib.

Abdraman qeyd edib ki, ordu ölkəni xarici müdaxilədən qorumaqda qərarlıdır.

ECOWAS 1975-ci ilin yazında Qərbi Afrika ölkələri tərəfindən yaradılıb. Təşkilat regionun 15 dövlətini birləşdirir. Son bir neçə ildə hərbçilərin hakimiyyəti ələ keçirdiyi 3 ölkənin - Burkina Faso, Qvineya və Malinin təşkilata üzvlükləri dayandırılıb.

Nigerin paytaxtında Fransanın ən böyük hərbi hava bazası yerləşir, fransız kontingentinin sayı təxminən 1 500 əsgərdir. Almaniya, İtaliya və ABŞ-ın hərbi hissələri də hazırda ölkə ərazisindədir. "Associated Press" agentliyi qeyd edir ki, ABŞ əsgərlərinin sayı min nəfərə çatır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar