Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrakli Kobaxidze: İki inqilab cəhdinə görə bu qanun qəbul etdik

Gürcüstan hakimiyyəti ölkədə iki inqilab təşkil etmək cəhdinə görə "Xarici agentlər haqqında" qanun qəbul edib...

Poliqon "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"İki inqilab cəhdi fonunda biz "Xarici agentlər haqqında" qanunu qəbul etdik. Onun yeganə məqsədi kənardan idarə olunan inqilabi hadisələrin şəffaflığı idi".

Baş nazir bildirib ki, onların Gürcüstanın milli müstəqilliyinin və suverenliyinin qorunması qayğısından başqa məqsədi yoxdur:

"Əcdadlarımız üç min il ərzində fədakar mübarizə və zəhmətlə, qan və tərlə Gürcüstanın kimliyini qoruyub saxlayıblar və bu gün onun qorunub saxlanması uğrunda mübarizəmiz və işimiz heç vaxt olmadığı qədər barışmaz olacaq. Son dörd il ərzində biz sülhü qoruduq, Gürcüstan iqtisadiyyatını 40 milyard lari (10,4 milyard dollar), ölkənin büdcəsini 10 milyard (3,7 milyon dollar) artırdıq, 350 min vətəndaşın yoxsulluğun aradan qaldırılmasına kömək etdik və 146 min iş yeri yaratdıq. 26 oktyabr seçkiləri həlledici referendumdur ki, burda cəmiyyət nəhayət müharibə və ya sülhü, cəmiyyətin mənəvi regenerasiyasını və ya ənənəvi dəyərləri, Gürcüstanın qaranlıq keçmişini və ya parlaq gələcəyini seçəcəyinə qərar verməlidir".

Bundan əvvəl Kobaxidze vurğulayıb ki, Gürcüstanda seçki dövrü xarici qüvvələrin ona görünməmiş müdaxiləsinin inkişafı fonunda keçir. Həmçinin, onun sözlərinə görə, Gürcüstanda 450-dən çox təşkilat əvvəllər qəbul edilmiş qanuna uyğun olaraq xarici agentlərin reyestrində qeydiyyatdan keçib.

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib. Sənəd xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur. Siyahıya gəlirlərinin 20%-dən çoxu xarici maliyyədən gələn hüquqi şəxslər və ya KİV-lər daxil ediləcək. Qanun fiziki şəxslərə şamil edilmir. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar