Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nifrətin dərəcəsi: Tom Kruzun “Oskar” mərasiminə qatılmamasının əsl səbəbi bəlli oldu

Kruzun gərgin iş qrafiki üzündən tədbirə qatılmaması ilə bağlı deyilənlər tamaşaçıları inandırmayıb...

 

0 yaşlı amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmanı görmək istəmədiyi üçün “Oskar” mükafatlarının təqdimetmə mərasimində iştirak etməyib.

Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, hətta “Top Gun: Maverick” filminin altı mükafata namizəd olması da Tom Kruzu tədbirə cəlb etməyib.

“Tom orada deyildi, çünki Nikol mərasimdə idi, o isə dava istəmirdi”, - deyə mənbədən bildirilib.

Kruza yaxın mənbələr isə nəşrə bildiriblər ki, onun iştirak etməməsinin səbəbləri “şəxsi” deyil, qrafiklə bağlı problemlərin nəticəsidir.

Xatırladaq ki, Kruz “Top Gun: Maverick”in dünya premyerasına helikopterlə yollanıb. Bundan başqa, o, 2022-ci ildə ABŞ-nin ən gəlirli filmlərindən birində dəstəyə görə tamaşaçılarına qeyri-adi təşəkkürü ilə gündəm olub (Belə ki, o ürək sözlərini Cənubi Afrikada “Missiya: Mümkünsüz” (“Mission: Impossible”) filminin çəkilişləri zamanı təyyarədən sərbəst uçuş zamanı çatdırıb).

Bu səbəbdən Kruzun gərgin iş qrafiki üzündən tədbirə qatılmaması ilə bağlı deyilənlər tamaşaçıları inandırmayıb.

Qeyd edək ki, Kruz Kidmanla 2001-ci ildə 11 illik evlilikdən sonra “barışmaz fikir ayrılıqları”nı əsas gətirərək boşanıb.

Yeri gəlmişkən 55 yaşlı aktrisa “Oskar” mükafatlandırma mərasiminə hazırkı əri, musiqiçi Keyt Urbanla çıxıb.(oxu.az)

Poliqon.info


Etiket: Tom Kruz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar