Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mağazalarda satılan oyuncaqlar uşaqlarımızı necə öldürür?


Oyuncaqlar uşaqların təlim tərbiyəsi, maariflənməsi və əylənməsi üçün ən ideal vasitədir


Lakin bəzən düşünmədən körpələri sevindirmək xətrinə atdığımız addımlar onların gələciyinin məhv olmasına kimi gətirib çıxara bilər. 

Təəssüf ki, qazanc naminə bu gün oyuncaq istehsalında nəzərə alınmalı olan stadartlara ciddi fikir verənlərin sayı olduqca azdır. Çox zaman bu oyuncaqlar baha olduğu üçün populyarlıq qazana bilmirlər. 

Saxta oyuncaq təhlükəsi ilə üz-üzə qalan ölkələr arasında Azərbaycanda var. Daxili bazar əsasən Rusiya, Çin, BƏƏ, Türkiyə, az halda isə Avropa ölkələrindən gətirilən məhsulların hesabına formalaşır. Ancaq üstünlük Çin istehsalıdır. Düzdür Çində istehsal edilən hər şeyin keyfiyyətsiz olduğunu demək olmaz. Amma az əməklə çox qazanc götürmək istəyənlər uşaqların belə sağlamlığını riskə atmaqdan çəkinmir. 

Sexlərdə hazırlanan vitrinlərdə göz oxşayan rəngarəng oyuncaqların hazırlanmasında kimyəvi maddələrdən, rəngləyicilərdən kifayət qədər çox istifadə edilir. Təhlükə mənbəyi də olan məhz bu maddələrdir. 

Ən çox istifadə edilən kanserogen maddələrdən biri də fenoldur. Bu rəngsiz maddə xüsusi qoxuya malikdir. Fenoldan oyuncaqların hazırlandığı plastmas və rezinə forma vermək üçün istifadə edilir. Bu maddə ətraf mühiti çirkləndirən ən çox yayılan maddələrdən biridir. 

Mütəxəssislərin sözlərinə görə, fenol uşağın immun sistemini dağıdır. O, ağızın selikli qişasına, tənəffüs yollarına, mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir göstərir. Bu isə zökəm, baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, yuxu pozğunluğu, ürək döyüntüsünün pozulması kimi xəstəliklərə yol aça bilir. 

Əgər uşaq bronxial asmadan əziyyət çəkirsə bu onun ölümünə yol aça bilər. Təəssüf ki, bazardakı oyuncaqların böyük əksəriyyətində fenol göstəriciləri normadan dəfələrlə çoxdur. 

Amma uşaqların bütün bunları anlaması mümkün deyil. Böyüklərin belə marağını cəlb edən oyuncaqların yanından uşaqların səssiz keçməyi mümkün deyil. Bəs nə etməli? 

Bu səbəbdən istehlakçıların oyuncaq alan zaman aşağıdakı məsələlərə diqqət yetirməsi lazımdır. İlk olaraq dükana girəndə oradakı qoxuya fikir vermək lazımdır. Əgər oradan rezin, plastmas və ya başqa kəskin qoxu gəlirsə, dükanı tərk etmək lazımdır. Ağ dəsmalı isladıb oyuncağa sürtün. Oyuncaqdan rəng çıxarsa, oyuncağın tükləri çıxırsa, üzərində iti, qopa biləcək, uşağın boğazına qala biləcək elementlər varsa həmin oyuncaqları almaqdan imtina edin. Oyuncaqları mümkün qədər tanınmış mağazalardan almağa çalışın. 

Mütəxəssislər uşaqlara oyuncaq seçərkən daha çox təbii materiallara - taxta, pambıq, rənglənməmiş parçalar və s. üstünlük verməyi məsləhət görürlər. Çox parlaq, xırda rəngli detallarla zəngin, təbii rəngi olmayan, tərkibində kadmium ( parlaq ağ metal kimyəvi element), qurğuşun, antimon (kimyəvi element), xüsusi ətiri olan oyuncaqlardan qaçın. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 1 iyul 1993-ü ildə çıxardığı 343 saylı sərəncamına əsasən uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir. 

Oyuncaqlarla bağlı daha bir əsas fakt onları uşaqların yaşına uyğun seçməkdir. 
1.0-18 ay - körpələr eşitmə, görmə qabiliyyətlərini inkişaf etdirirlər. Buna görə az səsli oyuncaqlara üstünlük verilə bilər. Məsələn pambıq, parçadan olan musiqili, yataqdan asılan oyuncaqlar uyğundur. 

2-6 aylıq uşaqlara rəngli oyuncaqlar seçilə bilər. Amma rənglər mütləq şəkildə təbii və cəlbedici olmalıdır. Unutmayın ki, uşaqlar oyuncaqları ağızlarına ala, onu dadmağa çalışacaqlar. 

7-12 ayda dişlər çıxmağa başlayır. Onlar əllərinə keçən hər şeyi ağızlarına aparır. Gigiyena və keyfiyyət önəmlidir. Rəngli kubiklər, suda üzən oyuncaqlar almaq məsləhətdir. 

18 ay - 3 yaş aralığında uşaqlar fiziki aktivlikləri ilə yaradıcılıqlarını ortaya qoymağa başlayırlar. Onlar problemləri həll etmək, inşa etməkdən zövq alırlar. Yumşaq pambıqdan olan heyvanlar, kubiklər, maşınlar, soyunub geyindirilə bilən gəlinciklər, sadə musiqi alətləri. 

Bütün bunları nəzərə alsaq, oyuncaq almamışdan öncə yüz ölçüb bir biçmək lazımdır. Çünki bir anlıq sevinc naminə gələcəyimiz olan uşaqların sağlamlığı ilə oynamaq heç kimə fayda verməyəcək. (ans press)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

AVRO-2024: Avstriya hesab arasındakı fərqi azaldıb - Yenilənib

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Ən çox oxunanalar