Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husilər 24 saat ərzində üçüncü dəfə Britaniya gəmisinə hücum edib

Yəmən sahillərində Britaniya gəmisi 24 saat ərzində üçüncü dəfə hücuma məruz qalıb...

Poliqon xəbər verir ki, bu barədə Kral Donanmasının Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UKMTO) saytında məlumat verilib.

Hücumun dəqiq kim tərəfindən həyata keçirildiyi bəlli deyil, lakin böyük ehtimalla hücumu Yəmən husiləri həyata keçirib.

Qeyd edək ki, bundan əvvəl husilər Qırmızı dənizdə “Sounion” tankerinə hücum edərək ekipaj üzvünü yaralamışdılar.

Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda, Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başlayılar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadbə olunur.

Husilər deyirlər ki, onlar yalnız İsrail limanlarına üz tutan və ya sahiblərinin İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar. Lakin onların hərəkətləri beynəlxalq daşımalara mane olmağa başlayıb.

Bir sıra şirkətlər artıq gəmilərini Ədən körfəzini Qırmızı dənizə birləşdirən və dünya üçün mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndeb boğazından keçirmirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar