Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi barədə məlumatlar dolaşır...

Politoloq: “İndiki vəziyyətdə Rusiya prezidentinin Azərbaycana səfərinin bu qədər strateji və təcili xarakter daşıması məlumatı gerçəkliyi özündə ehtiva etmir”.

Azərbaycan heç bir zaman qlobal güclər arasında birmənalı seçim etməyib. Azərbaycan balans siyasətini davam etdirir. Rəsmi Bakı həm Rusiya, həm Qərb dövlətləri ilə müxtəlif səviyyədə münasibətlər sistemini qurur, əməkdaşlıq edir”.

Bu sözləri politoloq Natiq Miri Rusiya prezidentinin Azərbaycana səfər edəcəyi barədə yayılan xəbərləri Poliqon-a şərh edərkən qeyd edib.

Mediazonada Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi barədə məlumatlar dolaşır. Moskva üçün çox gərgin olan bu günlərdə Rusiya prezidentinin qəfil Azərbaycana səfər etməsi nədən xəbər verir və səfər əslində regiona və dünyaya hansı mesajı ötürəcək?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Putinin gəlişi məsələsi Azərbaycan üçün müəyyən problemlər yarada bilər”.

Dövlətlərarası informasiya və rəsmi bildirişlərdə belə bir məlumat olmadığını nəzərə çatdıran politoloq qeyd edib ki, ola bilsin bu da növbəti informasiya təxribatlarından biri olsun:

“Bu məlumat səhih məlumat deyil. Amma bunlara etibar olunmaz. Çünki indiki həssas bir dönəmdə Rusiya prezidentini Azərbaycana təcili qaydada gətirəcək elə bir ciddi siyasi hadisə mövcud deyil. Söhbət yalnız noyabr ayında Azərbaycanda keçiriləcək COP-29 İqlim Sammitinə gəlişindən gedə bilər ki, bu da mümkün variantlardan biri hesab olunur. Rusiya kimi böyük qonşu dövlətin prezidentinin Azərbaycana gəlməsi əlbəttə, konfrans adına müsbət hadisə olardı.

Hər bir halda biz zaman-zaman Rusiya ilə müəyyən problemlər yaşasaq da, Rusiyanı qonşu dövlətdən olmaq imkanını çıxarmaq mövcud deyil. Böyük nüvə dövləti ilə hər zaman normal münasibətlər vəziyyətində olmaq Azərbaycan üçün zəruri bir davranışdır. Buna görə də, Azərbaycanın siyasəti əsasən bütün qonşu ölkələrlə normal dostluq, əməkdaşlıq siyasətidir. Düşünürəm ki, bu doğrudur.

Ayrıca, Azərbaycan heç bir zaman qlobal güclər arasında birmənalı seçim etməyib. Azərbaycan balans siyasətini davam etdirir. Rəsmi Bakı həm Rusiya, həm Qərb dövlətləri ilə müxtəlif səviyyədə münasibətlər sistemini qurur, əməkdaşlıq edir. Eyni zamanda, bu güc mərkəzlərinin təhlükəsizlik məsələrində, yəni bəzi geosiyasi məsələlərdə bilavasitə iştirak edir. Məsələn, Qərbin təhlükəsizlik məsələləri deyəndə enerji təhlükəsizliyindən söhbət gedir ki, Azərbaycan indiki həssas dönəmdə çox ciddi şəkildə bu prosesdə iştirak edir.

Eyni zamanda, Azərbaycan Rusiya ilə 2022-ci ildə Rusiya Ukraynaya hərbi təcavüz etməzdən öncə qarşılıqlı fəaliyyət, müttəfiqlik sənədi imzaladı. Bu faktın özü də göstərir ki, Azərbaycan bütün reallığı nəzərə alır və əsasən bu konteksdə praqmatik siyasət həyata keçirir. Buna görə də, Putinin gəlişi məsələsi Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Bildiyimiz kimi, Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi order verib. Ancaq Azərbaycan Roma statusunu ratifikasiya etməyən bir ölkədir. Buna görə də, bu çərçivədə Azərbaycanın üzərinə heç bir öhdəlik düşmür.

Natiq Miri: “Putinin COP-29 sammitinə birbaşa Azərbaycan Prezidentinin dəvəti ilə gəlməsi mümkündür. Ancaq bu da hələ böyük sual altındadır”.

Ancaq bununla belə təbii ki, bu Azərbaycan üçün Qərb dünyasında müəyyən məhdudiyyətlər, problemlər yarada bilər. Hətta, Azərbaycan bütün bunları göz önünə alsa belə, Putinin indiki vəziyyətdə Azərbaycana gəlməsinin anlamı müəyyən olunmur. Amma COP-29 sammitinə birbaşa Azərbaycan Prezidentinin dəvəti ilə gəlməsi mümkündür. Ancaq bu da hələ böyük sual altındadır. Buna görə, mən bu verilən məlumata etibar olunmasının tərəfdarı deyiləm.

Həmçinin də, indiki vəziyyətdə Rusiyanın həm regional, həm də qlobal səviyyədə maraqlarının təminatı məsələsində, eyni zamanda Ukrayna-Rusiya müharibəsi kontekstində Rusiyanın hərbi-müdafia sənayesinin inkişafı, strateji silahların istehsalında Azərbaycan iştirak etmir. Azərbaycan bu prosesdə yardımçı amil olaraq da iştirak etmir. Bu strateji silahların istehsalı üçün Azərbaycan hansısa detalları da Rusiyaya göndərmir.

Buna görə də, indiki vəziyyətdə Rusiya prezidentinin Azərbaycana səfərinin bu qədər strateji və təcili xarakter daşıması məlumatı gerçəkliyi özündə ehtiva etmir. Üstəlik, dövlətlərarası informasiya və rəsmi bildirişlərdə də belə bir məlumat yoxdur. Ola bilsin ki, bu da növbəti informasiya təxribatlarından biri olsun”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay