Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbul imtahanından kənarlaşdırılan şəxslərə güzəşt edilə bilər? - Rəsmi açıqlama

Tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd halları müşahidə edilir...

14 iyul tarixində keçirilən I və IV ixtisas qrupları (o cümlədən, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bəzi hallarda abituriyentlər imtahanın birinci cəhdində heç bir qanunauyğunsuzluq etməsə də, imtahanın ikinci cəhdində telefonla binaya binaya daxil olmağa çalışırlar.

Bəs imtahanın ikinci cəhdində xaric olunanlara güzəşt tətbiq edilə bilər? Onlar birinci cəhd nəticələri ilə ixtisas seçimi edə bilər?

Poliqon xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, imtahandan xaric edilənlərə heç bir güzəşt edilməyəcək.

"Qəbul qaydalarına əsasən, həmin şəxslərin müsabiqə nəticələri ləğv olunur. Onlar ixtisas seçiminə buraxılmırlar. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir.

Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.

İstər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər", - deyə əlavə edilib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay