Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sülh prosesində tamamilə səssizlik nümayiş etdirir...

Politoloq: “Ermənistanın anti-Rusiya siyasəti yürütməsi bu vəziyyətə kifayət qədər ciddi təsir göstərib”.

ABŞ sülhdə çox maraqlıdırsa, bu zaman rəsmi İrəvana təzyiq göstərsin ki, Ermənistanda konstitutsiya dəyişikliyi reallaşsın. Bunun əsasında da dayanıqlı sülhün mühiti daha da inkişaf etsin”.

Bu sözləri politoloq İlyas Hüseynov Rusiyanın sülh prosesindəki səssizliyini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar ABŞ-ın Cənubi Qafqaz siyasəti xüsusi diqqət çəkir. Belə ki, Vaşinqton açıq şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi olub, sülhün əldə edilməsinə səy göstərir. Eyni zamanda rəsmi Bakı xarici siyasətdə Şərq Bloku ilə əməkdaşlığı intensivləşdirib. Bunun belə, Qərblə də sülh mövzusunu, danışıqları dayandırmayıb. Rusiya isə sülh prosesində tamamilə səssizlik nümayiş etdirir.

Bəs, Rusiya artıq Ermənistanın sərgiləndiyi mövqe səbəbindən sülh prosesində iştirak etməsinin mümkünsüzlüyünü başa düşür? Digər tərəfdən, ABŞ-nin aktivliyinin sülh prosesinə töhvə verəcəyinə inanmaq olar?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “ABŞ çox çalışır ki, bu il ərzində AzərbaycanErmənistan arasında sülh müqaviləsinin ən azından razılaşdırılmış prinsipləri imzalansın”.

Əvvələr, Brüssel, Vaşinqton və Moskva arasında müxtəlif geopoltik yarışların mövcud olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hazırda vəziyyət dəyişib:

“Son dövrlər müşahidə edirik ki, ABŞ Cənubi Qafqazda gedən proseslərdə maraqlıdır. ABŞ çalışır ki, AzərbaycanErmənistan arasında sülh əldə olunsun. Bu xüsusda, NATO-nun Zirvə toplantısı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüş baş tutdu. Bu görüşlər, təmaslar intensiv xarakter alıb. ABŞ çox çalışır ki, bu il ərzində AzərbaycanErmənistan arasında sülh müqaviləsinin ən azından razılaşdırılmış prinsipləri imzalansın.

Azərbaycan bütün sülh təşəbbüslərinə isti yanaşır. Azərbaycan üçün danışıqların aparıldığı platformanın geosiyasi əhəmiyyəti yoxdur. Bizim üçün sülhün və təhlükəsizliyin güclənməsi əhəmiyyətlidir. Lakin əvvəlki dövrlərdən artıq sülh danışıqları bir qədər fərqlənir. Əvvələr, Brüssel, Vaşinqton və Moskva arasında müxtəlif geopoltik yarışlar mövcud idisə, hazırda vəziyyət dəyişib. Həm zəmin üzərində status-kvo dəyişmiş olaraq qalır, həm də siyasi meydanlarda tələblər, təkliflər müxtəlifdir.

Ermənistanın anti-Rusiya siyasəti yürütməsi də bu vəziyyətə kifayət qədər ciddi təsir göstərib. Çünki Ermənistan Rusiyanın dominant olduğu təşkilatlarda öz fəaliyyətini dondurur, təşkilatın büdcəsinin formalaşmasında yer almır. Bu münasibətlərin soyuqluğu həm də təhlükəsizlik ilə bağlı çağırışlara da təsir etmiş olur.

Digər tərfdən isə Ermənistan Rusiya platfirmaslndan tamanilə imtina edib və bunu gizlətmədən dilə gətirir. Ermənistanın bu mövqeyi əslində Mockvanı sülh prosesiindın kənarda qoyan əsas faktordur.

Eyni zamanda Azərbaycan da Fransanın vasitəçiliyindən imtina edib. Bu durumda ABŞ-nin imkanlarının artması təbiidir. Arada olan boşluqdan yararlanaraq, Almaniyada prosesə qoşulub.

İlyas Hüseynov: “Bütün postsovet məkanında Rusiyanın mövqeyinə zərbə vurmaq ABŞ-ın əsas geopoltik interaktivliyidir”.

Azərbaycan üçünsı Rusiyanın prosesdə iştirak edib-etməməyi ciddi əhəmiyyət daşımır. Bizim üçün önəmli olan regiona davamlı sülhün gəlməsidir.

Digər tərəfdən, ABŞ-ın aktivliyinin həm də geosiyasi mahiyyət daşıdığını da biz anlayırıq. Çünki bütün postsovet məkanında Rusiyanın mövqeyinə zərbə vurmaq ABŞ-ın əsas geopoltik interaktivliyidir. Məhz bu səbəbdən fəaliyyət təşkil olunmaqdadır.

Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi hazırda müstəsna əhəmiyyətə malikdir və konstitusiya dəyişikliyi hüquqi zəmində Azərbaycana qarşı ərazi iddialarına son qoyduğu üçün rəsmi Bakı bu tələbi irəli sürüb. Buna görə də, yaxşı olardı ki, ABŞ sülhdə çox maraqlıdırsa, bu zaman Ermənistana təzyiq göstərsin ki, Ermənistanda konstitutsiya dəyişikliyi reallaşsın. Bunun əsasında da dayanıqlı sülhün mühiti daha da inkişaf etsin”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay