Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ştat ABŞ-dan ayrılmaq hərəkatına qoşulub

ABŞ-ın Nyu-Hempşir ştatının müstəqillik tərəfdarı olan NHEXIT hərəkatı bu həftə verdiyi bəyanatda federal hökumətin səlahiyyətlərini rədd edib və bölgəni "azad və firavan bir millət" etmək arzusunu ifadə edib...

Poliqon xəbər verir ki, bu barədə "Newsweek" portalı məlumat yayıb.

NHEXIT lideri Karla Koerliçkenin sözlərinə görə, Vaşinqtonda səsvermə zamanı seçilməyən 2,5 milyon bürokrat var. Onlar ABŞ-ı iflas həddinə çatdırmaqda və hər il vergi ödəyicilərinin pul kisəsindən pul çıxarmaqda, bununla da Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalamaqda məsuliyyət daşıyırlar:

"Vaşinqtonda 2,5 milyon seçilməmiş bürokrat var və onlar milləti iflas astanasına sürükləməkdən məsuldurlar. Təkcə bu deyil, onlar hər il vergi ödəyicilərinin pul kisəsindən pul çıxarır, Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalayırlar. Biz hökumətimizi geri almalıyıq və Nyu-Hempşir sakinlərinin hüquqlarının və əsas ehtiyaclarının qorunmasına zəmanət verməliyik".

Nəşr qeyd edib ki, müstəqillik hərəkatları Kaliforniya, Alyaska, Luiziana, Florida və Texas kimi bir sıra başqa ştatlarda da başlayıb.

Mart ayında Texasın Dallas Morning News (DMN) qəzeti vətəndaşlara ştatın ABŞ-dan ayrılmasını müdafiə edən çoxlu sayda seçkili vəzifəyə namizədlər barədə xəbərdarlıq etmişdi.

Məqalə müəllifləri qeyd ediblər ki, bəzi namizədlər Texasın məlum müstəqillik arzusunda həddindən artıq irəli gedirlər və ştatın ABŞ-dan ayrılmasını dəstəkləyirlər.

Müstəqillik tərəfdarı Texas Millətçi Hərəkatının prezidenti Daniel Miller daha əvvəl Newsweek-ə açıqlamasında bütün digər ştatların ölkədən ayrılmaq hüququnu dəstəklədiyini bildirib:

"100 faiz, amma mən onların ayrılmasını dəstəkləmirəm, onların müzakirə və səsvermə hüququnu dəstəkləyirəm və əgər xalq olaraq bunu etmək istəyirlərsə, etməlidirlər".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar