Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb. Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub...

 

 

APA - nın cənub bürosunun verdiyi məlumata görə Cəlilabad rayon Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarıında uşaq boğularaq ölüb.

Suda batan şəxs Cəfərxanlı kənd sakini 11 yaşlı Səməd Amil oğlu Mənsurov öz həmyaşıdı ilə çimmək məqsədi ilə gəlib. İlk olaraq suya daxil olan Səməd, boğulma təhlükəsi ilə üzləşib.

Bunu görən digər yeniyetmə özünü itirib və ordan uzaqlaşıb. Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsin xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.

Paralel olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağrılıb.

Xilasedicilərin köməyi ilə uşağın meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.

Hazırda boğulan şəxsin axtarışı aparılır.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlayıb.

Poliqon.info


Etiket: Su bəndi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar