Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrel: Aİ silah alınması üçün yeni büdcə formalaşdırıb

Avropa İttifaqı büdcəsi silah almağa imkan vermir...

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Brüsseldə baş tutan Şuman Təhlükəsizlik və Müdafiə Forumunda çıxışı zamanı danışıb.

O bildirib ki, buna görə də üzv dövlətlərin bu çətin silah təminatı məsələsində tərəfdaşları dəstəkləməyə qərar vermələri üçün büdcə formalaşdırıblar:

"Tərəfdaşlarımızla necə daha yaxşı işləyə bilərik? Birincisi, quruda və dənizdəki missiyalarımız vasitəsilə. İkincisi, parlamentarilərin səs verdiyi Avropa İttifaqı büdcəsinə aid olmayan Avropa Sülh mexanizmi vasitəsilə potensialın yaradılmasını dəstəkləməklə. Avropa Sülh mexanizmi üzv dövlətlər tərəfindən dəstəklənən bir alətdir, çünki Avropa İttifaqının büdcəsindən silah almaq olmur və buna görə də biz üzv dövlətlərin silah təminatı məsələsində tərəfdaşlarımızı dəstəkləməyə qərar vermələri üçün əlavə büdcə formalaşdırdıq. Tərəfdaşlarımızla daha yaxşı işləmək üçün üçüncü vacib məqam isə təhlükəsizlik dialoqumuzu genişləndirmək və dərinləşdirməkdir".

C.Borrel qeyd edib ki, onlar dünya ətrafında təhlükəsizliyi qorumaq və sülhü təşviq etmək üçün əlaqə yaratmaqda maraqlıdır:

"Bu gün iqlim dəyişikliyi də dünyanın təhlükəsizlik problemlərindən biridir. Biz təhlükəsizliyi təmin etmək üçün həm də bu məsələni diqqətdə saxlamalıyıq. Bizim böyük məsuliyyətimiz var. Körpülər quraraq, başqalarının prioritetlərini başa düşərək münasibətləri daha yaxşı formada tənzimləmək olar. Partnyor olmaq üçün, balanslı partnyorluq yürütmək üçün digərlərinin prioritetlərini başa düşmək çox vacibdir, ümid edirəm, bu forumun sonunda biz buna nail olacağıq".

Poliqon.info


Etiket: Borrel SİLAH


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar