Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistandakı səfirini geri çağırdı... - Moskva ilə İrəvan arasında iplər qopurmu?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkın məsləhətləşmələr üçün Moskvaya çağırılıb...

Siyasi-şərhçi: “Son günlərdə İrəvanda vəziyyətin gərginləşməsi, keşiş Baqratın yürüşü və bunun fonunda səfirin geri çağrılması heç də təsadüfi deyil”.

Rusiya höküməti öz səfirinə ehtimal olunan inqilab fonunda necə davranacağı ilə bağlı tapşırıqlar vermək üçündə çağrıla bilər”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Rusiyanın Ermənistandakı səfirini geri çağırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkın məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Rusiya-Ermənistan arasında iplər qopurmu və Moskva artıq səbrinin qalmadığını nümayiş etdirməyə başlayır? Digər tərfdən, səfirin geri çağırması Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası ilə bağlı anlaşmayla əlaqəli ola bilərmi?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Rusiya səfir vasitəsi ilə özünün Ermənistanda fəaliyyət göstərən 5-ci kalonuna mesajını çatdıra bilər”.

Rusiyanın Paşinyanı devirmək istədiyini xatırladan ekspert Poliqon-a bildirib ki, Rusiya öz əlaltılarının Ermənistanda hakimiyyətə gəlməsinə çalışması məlumdur:

Ermənistanın Rusiyanı oyundan kənarlaşdırmaq istəyi və bu yöndən tədricən addımlar atması, Rusiyanın təsirindən qurtulmaq istəyi heç kəsə sirr deyil. Son günlərdə İrəvanda vəziyyətin gərginləşməsi, keşiş Baqratın yürüşü və bunun fonunda səfirin geri çağrılması heç də təsadüfi deyil.

Eyni zamanda Paşinyanın son günlərdə faktiki olaraq üstüörtülü şəkildə KTMT-nin iki ölkəsini müharibəyə hazırlığında Azərbaycana kömək etməkdə ittiham edən bəyanatları böyük rezonans doğurdu. Səfirin çağrılışı bu ilə əlaqəli ola bilər. Lakin ola bilsin ki, səbəb tək bu deyil.

Kamran Məmmədli: “Səfirin geri çağrılmasının altında heç də Ermənistan hakimiyyətinin leyhinə olacaq bir məsələ görünmür”.

Rusiya höküməti öz səfirinə ehtimal olunan inqilab fonunda necə davranacağı ilə bağlı tapşırıqlar vermək üçündə çağrıla bilər.

Üçüncü bir ehtimal isə, səfir vasitəsi ilə özünün Ermənistanda fəaliyyət göstərən 5-ci kalonuna mesajını çatdırmaq ola bilər.

Hər bir halda, Rusiyanın Paşinyanı devirmək istəyi və öz əlaltılarının hakimiyyətə gəlməsinə çalışması məlumdur. Səfirin geri çağrılmasının altında isə heç də Ermənistan hakimiyyətinin leyhinə olacaq bir məsələ görünmür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar