Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstan ordusunda problemlər: 15 əsgərin qabırğası sınıb, ikisi iynə udub...

Ombudsman Cəmilə Camanbayeva Qırğızıstanın dövlət qurumlarını hərbi qulluqçuların hüquqlarına riayət olunmasını təmin etməyə çağırıb...

Poliqon xəbər verir ki, Ombudsman çağırışçıların, sıravi və zabitlərin hüquqlarına riayət olunması məsələsinin təxirəsalınmaz tədbirlər tələb etdiyini bildirib.

Hüquq müdafiəçiləri Müdafiə Nazirliyinin Hərbi Hospitalında monitorinq keçirib. Yanvarın 1-dən martın 26-dək oraya 607 nəfər müraciət edib ki, onlardan 139-u hərbçi olub.

"15 əsgərin qabırğası sınıb, ayaqları, qolları, beyin silkələnməsi və digər xəsarətlər var, ikisi iynə udması nəticəsində xəstəxanadadır", deyə Ombudsman İnstitutu qeyd edib.

Monitorinq zamanı məlum olub ki, çağırışçı əsgərlərin hospitala yerləşdirilmə səbəblərindən biri fiziki yüklənmədən sonra xroniki və digər xəstəliklərin kəskinləşməsidir. Tibbi müayinə zamanı səhhətində heç bir problem aşkar edilməyib.

"Müdafiə Nazirliyi bunu onunla izah edir ki, həkim komissiyası daxili orqanlara müayinə aparmır, çünki ərazidə ultrasəs aparatı yoxdur. Hərbi prokurorluq da daxil olmaqla, aidiyyəti xidmətlərə məlumat verilib", deyə mətbuat xidmətindən bildirilib.

Prokurorluğun məlumatına görə, 2024-cü ilin birinci rübündə 15 hərbi qulluqçu xəstəxanaya müraciət edib. 9 fakt üzrə cinayət işinin başlanmasından imtina edilib, 6 fakt üzrə arayışların tərtib edilərək hərbi hissələrin komandirlərinə göndərilməsi qərara alınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay