Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Rusiya hərbçiləri Nigerdə ABŞ ordusunun yerləşdiyi 101 saylı aviabazada məskunlaşıblar...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Pentaqondakı mənbəyə istinadən məlumat yayıb. CNN telekanalı da oxşar məlumatlar yayıb.

KİV-in məlumatına görə, ruslar “o qədər də böyük olmayan” aviabazanın ərazisindəki ayrıca anqardan istifadə edirlər. Reuters qeyd edir ki, bu səbəbdən Amerika və Rusiya qoşunları çox yaxın yerləşiblər və bu üzdən də vəziyyət heç də yaxşı deyil. Lakin adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, nə qədər ağır olsa da, bu vəziyyət qısa müddətdə idarə oluna bilər.

Rəsminin sözlərinə görə, Niger hakimiyyəti ABŞ administrasiyasına 60-a yaxın rus hərbçisinin Nigerdə olacağı barədə xəbərdarlıq edib. Mənbə iddia edib ki, Amerika tərəfi ABŞ ordusunun ruslarla birlikdə bazada ola bilməyəcəyini açıq şəkildə bildirərək cavab verib.

“Niger səlahiyyətliləri bunu heç də yaxşı qəbul etmədilər” deyə rəsmi bildirib.

Qeyd edilir ki, ABŞ-ın Nigerdəki aviabazası Aqadez şəhərində (paytaxtdan təxminən 920 km aralıda) yerləşir və digər şeylərlə yanaşı, pilotlu və pilotsuz müşahidə uçuşları üçün istifadə olunur. Mart ayında Niger hökuməti ABŞ-la hərbi əməkdaşlıq müqaviləsinə xitam verdiyini açıqlayıb. Aprel ayında 100 rus hərbi təlimatçısı Nigerə gəlib. Bu həftə Nigerin paytaxtında Rusiya bayrağı qaldırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ən çox oxunanalar