Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən Tbilisidə keçirilən mitinqdə səkiz nəfər xəsarət alıb

Gürcüstan Səhiyyə Nazirliyi Tbilisidə keçirilən mitinqdə səkkiz nəfərin xəsarət alıdığını bildirib...

Mayın 1-də Tbilisidə əcnəbi agentlər haqqında qanuna qarşı keçirilən mitinq zamanı azı səkkiz nəfər xəsarət alıb, onların hamısı xəstəxanalara aparılıb.

Poliqon xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, artıq etiraz aksiyası başa çatıb

“Mayın 1-də Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı 8 mülki şəxs yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Onlardan biri artıq evə buraxılıb”, deyə “Rustavi2” telekanalı Gürcüstan səhiyyə departamentinə istinadən bildirib. Zərərçəkənlərin əksəriyyəti üz, baş və bədənin digər nahiyələrindən xəsarətlər alıb. Bəzi etirazçılar tənəffüs yollarında ağırlaşmalar keçiriblər.

Qeyd edək ki, mayın 2-nə keçən gecə Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi elan edilib və qurumun əməkdaşlarına binanı tərk etmək əmri verilib. Yerli vaxtla saat 03:30 radələrində (Moskva vaxtı ilə 02:30) etirazçılar parlament binasının birinci mərtəbəsindəki pəncərəni dəmir boru ilə sındıraraq otaqlardan birinə bir neçə tüstü bombası atıblar. Bundan sonra Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası yaxınlığında etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar.

Hazırda parlament binası yaxınlığında cəmi onlarla etirazçı qalıb. Polisdən bildiriblər ki, tezliklə şəhər xidmətləri Rustaveli prospektində görünəcək və yolun hərəkət hissəsini təmizləyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Ən çox oxunanalar