Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Son məlumatlara görə, Moskva ilə İrəvan arasında hərbi əməkdaşlıq yenidən güclənir...

Politoloq: ““Smerç” raketləri daha təhlükəli silahlardır. Gələcəkdə bu silahlardan hansı məqsədlərlə istifadə ediləcəyi barədə də məlumat yoxdur”.

Rusiya tərəfindən Ermənistana “Smerç” raketlərinin verilməsi belə, iki ölkə arasında olan soyuq münasibəti aradan qaldırmayacaq”.

Bu sözləri politoloq Xəyal Bəşirov Rusiyanın Ermənistanı yenidən silahdırması iddiasını Poliqon-a şərh edərkən qeyd.

Yayılan son məlumatlara görə, Moskva ilə İrəvan arasında hərbi əməkdaşlıq yenidən güclənir və bu fonda Rusiya Ermənistana silah tədarükünü bərpa edib. Qeyd edilir ki, Rusiya erməni revanşizminə dəstək verərək öldürücü “Smerç” raketlərinin böyük partiyasının Ermənistana tədarükünə başlayıb.

Qeyd edək ki, 2020-ci ildə Ermənistan Bərdə şəhərini məhz “Smerç” raketi ilə atəşə tutulub.

RusiyaErmənistan arasında baş verən bu U dönüşünü necə şərh etmək olar? Özünün silaha böyük ehtiyacı olan Rusiyanın yenidən Qərbə doğru yönələn Ermənistanı ölümcül silahlarla təmin etməsi nədən xəbər verir?

Rusiya-Ermənistan münasibətlərinin indiki vəziyyətini Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Bunu Rusiyanın Ermənistanı silahlandırmasından daha çox, oradakıRusiyaya bağlı erməni hərbiçiləri gücləndirmək kimi qələmə vermək daha düzgün olardı”.

Azərbaycanın narahatlığını nəzərə alaraq Rusiya tərəfinin bununla bağlı mövqe bildirəcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər bu silah məsələsi faktiki reallığa əsaslanarsa, bu Cənubi Qafqazdakı reallıqlarla daban-dabana ziddir:

“Düşünürəm ki, Rusiya tərəfindən Ermənistana “Smerç” raketlərinin verilməsi belə iki ölkə arasında olan soyuq münasibəti aradan qaldırmayacaq. Çünki Rusiya Ermənistandan uzaqda yerləşən, Ermənistanla heç bir əlaqəsi olmayan dövlət deyil. Faktiki olaraq Rusiyanın bu gün də Ermənistanda hərbi bazası var. Verilən rəsmi məlumata görə, Rusiyanın Ermənistanda 10 minə yaxın hərbçisi var.

Nəzərə alaq ki, Avropa İttifaqının mülki missiyası adı altında bir sıra Avropa dövlətlərinin, o cümlədən də ABŞ-ın, Kanadanın, NATO-nun hərbiçiləri bu gün Ermənistandadır. Bu amilləri və bu gün də Rusiya ilə Ermənistan arasında olan soyuq münasibəti nəzərə alsaq, deyə bilərəm ki, bunu Rusiyanın Ermənistanı silahlandırmasından daha çox, oradakı hərbiçilərini gücləndirmək kimi qələmə vermək daha yaxşı olardı. Ancaq hər bir halda bu düzgün deyil. Ermənistan ərazisinə hər hansısa silahın göndərilməsi qanunsuzdur. Xüsusilə də, bu hazırkı məqamda beynəlxalq hüquqa ziddir.

Bildiyimiz kimi, Fransa, Hindistan Ermənistanı silahlandırır, eləcə də digər ölkələrdən Ermənistana silahlar daşınır, Ermənistanla ABŞ arasında hərbi təlimlər keçirilir. Bu proseslər bizi narahat edir. Amma bu proseslər Ermənistanda mövqeyi, hərbi bazası olan Rusiyanı da narahat edir. Çünki həmin silahların, hərbiçilərin Rusiya hərbiçilərinə qarşı istifadə edilməyəcəyinə dair qarantı yoxdur. Rusiyanın Ermənistanla quru sərhədi olmadığına görə, Moskva Ermənistandakı hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün onları silahlandıra bilər.

Xəyal Bəşirov: “Əgər bu silahlanma varsa, rəsmi Moskva bunun hansı məqsədlə həyata keçirlidiyini açıqlamlıdır”.

“Smerç” raketləri daha təhlükəli və öldürücü silahlardır. Gələcəkdə bu silahlardan hansı məqsədlərlə istifadə ediləcəyi barədə də məlumat yoxdur. Silah varsa, o silah istənilən istiqamətdə istifadə edilə bilər. Düşünürəm ki, Azərbaycanın narahatlığını nəzərə alaraq Rusiya tərəfi bununla bağlı mövqe bildirəcək. Əgər bu silah məsələsi faktiki reallığa əsaslanarsa, bu Cənubi Qafqazdakı reallıqlarla daban-dabana ziddir.

Rusiyanın bu addımı həm də Azərbaycanla imzaladığı müttəfiqlik bəyannaməsinə görə bir açıqlama zərurətini ortaya qoyur. Çünki bu gün də Ermənistanda revanşist qüvvələr mövcuddur. Eyni zamanda Ermənistan hələ ki, Azərbaycanla sülh sazişini imzalamayıb. Buna görə də, əgər bu silahlanma varsa, rəsmi Moskva bunun hansı məqsədlə həyata keçirlidiyini açıqlamlıdır. Düşünürəm ki, yaxın günlərdə bununla bağlı hər hansısa məlumatın şahidi olacağıq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Ən çox oxunanalar