Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda ağır qəza: Xəsarət alanların son durumu - Yenilənib

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib...

Beyləqan rayonu Şəfəq qəsəbəsində qeydə alınan qəza zamanı avtobusda 20 nəfər olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 8-i saat 8 radələrində Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun 22-ci kilometrliyində baş verib:

Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində Gülməmməd İmanovun idarə etdiyi “İsuzu” markalı, 77-JG-506 dövlət qeydiyyat nişanlı avtobus sərt döngədə yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsinin içərisində biri qadın olmaqla 18 nəfərə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar”.

Faktla bağlı araşdırma aparılır.

***

Oxu.Az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.

İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Poliqon.info

 

 


Etiket: Beyləqan Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar