Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis: Avropa Parlamenti riyakarlığı kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçib

Avropa Parlamenti martın 13-də qəbul etdiyi qətnamə ilə Azərbaycana qarşı olan açıq qərəzini növbəti dəfə nümayiş etdirib.Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.

APA xəbər verir ki, bu fikirləri Milli Məclisin Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməsinə dair açıqlamasında yer alıb.

Açıqlama, həmçinin qeyd olunur: “Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir.

Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, tabutuna mismar vurulmuş separatçılara göstərilən aşkar dəstək və onları diriltmək cəhdləri, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının “orduya islahat dəstəyi” kimi qələmə verilməsi və digər bir çox məqamlar məhz bunun sübutudur.

Absurd olan başqa bir məsələ isə bundan ibarətdir ki, Avropa Parlamenti Azərbaycana qarşı bu hücumunu “sülh sazişinə ehtiyac” adı altında pərdələməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbə” kimi xarakterizə olunmalıdır.

Avropa Parlamentinə bildiririk ki, onun belə “dəstəyinə” qətiyyən ehtiyac yoxdur və tövsiyə edirik ki, öz “səylərini” başqa istiqamətlərə yönəltsin”.

Poliqon.info


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar