2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə 589 nəfər itki verib...
Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
Son məlumatlara görə, daha bir İsrail əsgəri bazar günü Qəzza zolağının cənubunda öldürülüb. Bununlada anklavda quru əməliyyatı başlayandan bəri İDF 249 hərbiçisini itirib.
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının girov götürülməsi ilə müşayiət olunan İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki “Əl-Əqsa” məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.
İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. Fələstin Adminstrasiyasının yerləşdiyi İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Poliqon.info