Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan parlamentində Avropa İttifaqına üzvlük müzakirə edilib...

Ermənistanın hakim partiyasından olan deputatlar və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən parlamentdə qapalı iclas keçiriblər...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzet qeyd edir ki, deputatlar və Qriqoryan Ermənistanın Aİ-yə üzvlük üçün ərizə verəcəyi təqdirdə Ermənistanı gözləyəcək həm riskləri, həm də imtiyazları müzakirə ediblər.

Nəşr xəbər verir ki, iclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığına dair geniş hesabat təqdim edib və Rusiyadan Aİ-yə keçid nəticəsində hansı iqtisadi risklərlə üzləşə biləcəklərini qiymətləndirib.

Qriqoryan Ermənistanın Rusiyaya göbək bağı ilə bağlı olduğunu etiraf edib və kəskin addımlar atılması, nəticədə Yuxarı Larsın erməni yükdaşıyıcılarının üzünə bağlana və ya ciddi təhlükəsizlik təhdidləri yarada biləcəyi ilə bağlı mənfi fikir bildirib. Qərbin Ermənistanın problemlərini şaxələndirməyə hazır olub-olmaması ilə bağlı suala Qriqoryan cavab verib ki, onlardan gələn mesajlar hazır olmadıqlarını göstərir.

“Hraparak” qeyd edir ki, Armen Qriqoryanın cavablarından hakim partiyanın deputatlarında Qərbin nəinki Ermənistanın Aİ-yə müraciətini dəstəkləmədiyi, eyni zamanda buna qarşı olduğu təəssüratı yaradıb.

Nəşr yazır ki, Qərbyönlü rəsmi komanda üzvü olan Qriqoryan deputatları hər şeyin yaxşı olacağına inandıra bilməyib, əksinə bədbin cavablarla onların arasında şübhələr yaradıb. Qriqoryan yaxın vaxtlarda KTMT-dən çıxmağı və Rusiyaya qarşı başqa addımlar atmağı planlaşdırmadıqlarını da deyib, lakin “Hraparak” vurğrulayır ki, Ermənistan hakimiyyətinin Rusiya əleyhinə bəyanatlarının öz nəticəsini verib. Məsələn, dünən Lavrov Ararat Mirzoyana zəng edərək regional məsələləri müzakirə edib. Bütün bunlar isə rus sərhədçilərini Zvartnotsdan çıxarmaq barədə bəyanatından sonra başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar