Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Litva kəşfiyyatı: Rusiya Ukraynada ən azı iki il döyüşə bilər...

Litvanın kəşfiyyat rəsmiləri bildirirlər ki, Rusiyanın Ukraynada indiki intensivliklə ən azı daha iki il döyüşmək üçün kifayət qədər resursları var...

Poliqon xəbər verir ki,, bu barədə Litva Dövlət Təhlükəsizliyi Departamentinin əks-kəşfiyyat idarəsi ilə Müdafiə Nazirliyi yanında Hərbi Kəşfiyyat və Təhlükəsizlik Hərbi Xidməti BNS tərəfindən dərc edilmiş birgə hesabatında deyilir.

Litva kəşfiyyatı qeyd edir ki, Rusiyanın ən azı belə intensivlikdə hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər maliyyə, insan və maddi-texniki resursları var. Kəşfiyyat hesab edir ki, bu resurslar iki ilə qədər çata bilər.

Hesabatda deyilir ki, Rusiya Ukraynadakı müharibəyə böyük resurslar ayırır və əməliyyat məqsədlərinə nail ola bilməsə də, münaqişənin gərginliyini azaltmağa meyl göstərmir.

“Eyni zamanda, Rusiya NATO ilə, xüsusən də Baltik dənizi regionunda uzunmüddətli qarşıdurmaya hazırlaşır və bu məqsədlə öz hərbi imkanlarını tədricən qərbə doğru genişləndirir”, deyə kəşfiyyat məlumatlarında qeyd edilir.

Hesabatda deyilir ki, Kreml öz silahlı qüvvələrində Rusiyanın Baltik dənizi regionunda hərbi imkanlarını genişləndirəcək böyük islahatlara başlayıb. Planlaşdırılan struktur və komanda dəyişikliklərinə artıq başlanılıb, onların bəziləri Kalininqradda və Rusiyanın qərbində həyata keçirilir.

“Bu islahat çoxlu resurs tələb edən uzunmüddətli layihədir və ən azı bir neçə ildən on ilə qədər davam edəcək”, deyə Litva kəşfiyyat xidmətləri bildirir.

Hesabatda vurğrlanır ki, islahatların ümumi tempi və miqyası birbaşa Ukraynadakı hərbi əməliyyatların gedişindən, müddətindən və nəticəsindən asılı olacaq.

Hesabatda həmçinin bildirilir ki, Ukraynadakı müharibə Rusiyaya keçən il planlaşdırdığından çox baha başa gəlib və 2023-cü ilin birinci yarısında hərbi xərclər bütün il üçün rəsmi olaraq nəzərdə tutulan məbləği üstələyib və bu il ən azı üçdə biri artıq başa çatıb.

“Büdcə xərclərinin təsnifat maddələri nəzərə alınmaqla real məbləğ, şübhəsiz ki, daha yüksəkdir. Müharibə və hərbi sənaye Rusiya iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilir, iqtisadiyyatın digər sahələri hesabına ölkənin maliyyə, maddi və insan resurslarını cəlb edir”, deyə Litva kəşfiyyatı qeyd edir.

Kəşfiyyat xidmətləri Belarusun Rusiyanın nəzarəti altında nüvə silahı yerləşdirmək potensialını inkişaf etdirdiyini də göstərir. Hesabata görə, Belarusda nüvə silahının saxlanması üçün infrastrukturun modernləşdirilməsi və təchiz edilməsi üzrə işlər aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Ən çox oxunanalar