Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda “5 mart Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib

Nəsimi rayonunda yerləşən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında müxtəlif növ yarışlar keçirilib...

Keçirilən yarışlara 2000-dən artıq gənc qatılıb. Rayonda keçirilən idman yarışlarına həm də məktəblilər qoşulmuşdur. 5000-dən artıq məktəbli müxtəlif növ yarışlarda iştirak edib. Qalib komandalar rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb. Mükafatlandırma tədbiri Tibb Universitetinin akt zalında həyata keçirilib. Tədbirdə Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Gənclər və idman sektorunun müdiri Yusif Babanlı, ATU-nun prorektoru Tağı Əhmədov, ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov və əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov açıb.

Daha sonra rayon İcra Hakimiyəti başçısının birinci müavini çıxış edərək bildirib ki, dövlət başçısının 4 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin məhz həmin günündə Ümummilli lider Heydər Əliyevin İdman Fondunu təsis etməsi Azərbaycanda layiqli ənənələri olan bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Cənab İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Birinci vitse-prezident, Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədən tərbiyəsinin kütləviləşməsinə və idmanın inkişafına qayğısı da öz töhfələrini verir. Son illərdə Azərbaycanda əksər bölgələri də əhatə edən 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib.

Digər çıxışçılar bildirdilər ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.

Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilib, tələbələr və gənclərlə xatirə şəkili çəkilib. Məktəblilər arasında qalib komandalar müəyyən edildikdən sonra isə onlara kubok, medal və diplomlar verilib.

Fotolar

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar