Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Vasitəçilər öz maraqlarına xidmət edən məsələlərdə rəqabətə giriblər və bu da regionda müharibə təhlükəsini artırır...

Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyən və tərəfləri müharibəyə sürükləyənlər məhz vasitəçi ölkələrdir...

Xəyal Bəşirov: “Rəsmi Moskva Qərbdə gedən danışıqlara qısqanclıqla yanaşır və orda məsələnin həllinə nail olunmaması üçün əlindən gələni edir”.

Ermənistan çox təəssüflər olsun ki, münaqişə dönəmində olduğu kimi post-münaqişə dövründə də keçmiş münaqişəylə bağlı digər tərəflərin prosesə cəlb edilməsində maraqlı görünür”.

Bu sözləri politoloq Xəyal Bəşirov Azərbaycanla Ermənistan arasında bağlanılması gözlənilən sülh prosesinin gələcəyini Poliqon-a şərh edərkən qeyd edib.

Bəzi Qərb ölkələrində durmadan Azərbaycanın Ermənnistana hücum edəcəyi barədə fikirlər səsləndirilir. Eyni zamanda Ermənistan hakimiyyəti bu kimi fikirləri tətikləməklə məşğuldur. O da aydındır Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyən və tərəfləri müharibəyə sürükləyənlər də məhz vasitəçi ölkələrdir. Misal üçün Qərbdə aparılan danışıqlar Rusiyanın, Rusiyada aparılan danışıqlar isə Qərbin xoşuna gəlmir və hər iki tərəf danışıqları pozmaq üçün əllərində olan bütün alətlərdən istifadə edirlər.

Bu vəziyyətdə sülh prosesinin gələcəyi necə görünür və vasitəçilərin öz aralarıdakı problemlərin həlli üçün əlavə vasitəçi lazımdır?

AzərbaycanErmənistan sülhünü Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Vasitəçilər arasında, yəni Rusiya ilə Qərb ölkələri arasında uçurum var. Onlar öz problemlərini Cənubi Qafqaza daşıyırlar və bu da bizim sülh reallıqlarımıza ciddi təsir göstərir”.

Qərb ölkələrinin hər vəchlə Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da gərginləşdirilməsi istiqamətində addımların atılmasına çalışdıqlarını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, onlar heç bir əsas, heç bir fakt, heç bir sübut, mötəbər dəlil olmadan Azərbaycanın Ermənistana hücum edəcəyi, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozacağı, Ermənistan ərazilərini işğal edəcəyi ilə bağlı əsassız fikirlər səsləndirirlər:

“Qeyd edim ki, bu bizə indi məlum deyil, çoxdandır ki, Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir. Əslində biz ikinci Qarabağ müharibəsinə qədər də Ermənistana çağırışlar edirdik ki, keçmiş o münaqişənin həlli yolu vasitəçilərdən keçmir. Çünki vasitəçilər öz maraqlarına xidmət edən məsələlərdə rəqabətə giriblər. Onların əsas niyyətləri, məqsədləri o zaman münaqişənin, indi də post-münaqişə dövrünə aid olan bəzi problemlərin həlli, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişi imzalamaq deyil. Onlar daha çox bu görüntünü yaradıb öz maraqlarını diqtə etmək, öz maraqlarına xidmət edən məsələləri həll etmək istəyirdilər.

Rəsmi Moskva Qərbdə gedən danışıqlara qısqanclıqla yanaşır və orda məsələnin həllinə nail olunmaması üçün əlindən gələni edir. Qərb ölkələri də, Brüsseldə, Parisdə, Vaşinqtonda əlindən gələni edir ki, post-münaqişə dövrünə aid olan problemlərin həlli, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması Moskvanın iştirakı rolu olmadan reallaşsın. Təbii ki, bu da bizim maraqlarımıza xidmət etmir. Əksinə bu sülhə mane olur. Bu regionda təhlükəsizliyə və sülhə mane olur. Həmçinin Azərbaycanın formalaşdığı yeni reallıqların həyata keçirilməsi prosesinə mane olur. Ona görə də biz Ermənistana dəfələrlə, yenidən də çağırışlar etmişik ki, məsələləri ikitərəfli qaydada həll edək. Hətta biz Ermənistanla iki tərəfli qaydada delmitasiya komissiyası vasitəsilə görüşlər də keçirmişik, hərbiçilərin mübadiləsini həyata keçirmişik, birgə bəyanat səsləndirmişik.

Bütün bunlarla biz Ermənistannın bir daha diqqətinə çatdırdıq ki, biz iki tərəfli qaydada danışıqlar apara bilərik. Necə ki, ən son Münhen təhlükəsizlik konfransında prezident İlham Əliyev Ermənistan baş naziriylə görüş keçirdi və orda da ikitərəfli qaydada görüşün keçirilməsi bir daha ondan xəbər verir ki, keçmiş münaqişə tərəfləri kimi münaqişədən ən çox zərər görən Azərbaycan və daha sonra Ermənistandır. Hər bir halda Ermənistanın yaratdığı münaqişənin nəticəsi olaraq ikinci Qarabağ müharibəsinin ən böyük zərbəsini Ermənistan cəmiyyəti və Ermənistan dövləti aldı. Yəni o münaqişənin tərəfləri kimi AzərbaycanErmənistan bu münaqişədən sonra mövcud olan problemlərin həllinə nail olmaqda ən çox maraqlı tərəflər olmalıdırlar. Bu məntiqdir. Azərbaycan özünün həm hərəkətlərində , həm bəyanatlarında, həm mövqeyində, həm müzakirələrdə səsləndirilən fikirlərdə bunu həmişə dilə gətirir. Bu təşəbbüsü real təşəbbüs kimi ortaya qoyur.

Xəyal Bəşirov: “Parisdə, Brüsseldə, Vaşinqtonda və digər paytaxtlarda bu problemin həllini axtarmaq ya siyasi savadsızlıqdır, ya da əxlaq dəyərlərini itirməkdir. Başqa halda isə bu, açıq şəkildə həyata keçirilən konkret düşmənçilik siyasətidir”.

Ermənistan çox təəssüflər olsun ki, münaqişə dönəmində olduğu kimi post-münaqişə dövründə də keçmiş münaqişəylə bağlı digər tərəflərin prosesə cəlb edilməsində maraqlı görünür. Bu da prosesin ümumilikdə, bu şəkildə uzanmasına gətirib çıxardır. Qərb ölkələri də hər vəchlə çalışırlar ki, Azərbaycanla Ermənistan arasında münasibətləri daha da gərginləşdirilməsi istiqamətində addımlar atsın. Məhz ona görədir ki, onlar heç bir əsas, heç bir fakt, heç bir sübut, mötəbər dəlil olmadan Azərbaycanın Ermənistana hücum edəcəyi, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozacağı, Ermənistan ərazilərini işğal edəcəyi ilə bağlı əsassız fikirlər səsləndirirlər. Bu fikirlərlə əslində onlar Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət və kini artırmaq istəyirlər.

Digər tərəfdən isə, heç bir hadisə olmadan bu fikirlərin səsləndirilməsi Azərbaycanın hər an Ermənistandan haqlı olaraq təxribat gözləməsilə bağlı narahatçılıq yaradır. Belə bir hal vəziyyət də birmənalı olaraq sülhə mane olur.

Düşünürəm ki, hətta bu vasitəçilər arasında vasitəçi olsa belə, hər hansı bir məsələ həll edilə bilər. Çünki bu vasitəçilər arasında, yəni Rusiya ilə Qərb ölkələri arasında uçurum var. Hesab edirəm ki, onlar öz problemlərini Cənubi Qafqaza daşıyırlar və bu da bizim sülh reallıqlarımıza ciddi təsir göstərir. Bu məsələnin yeganə çıxış yolu prezident İlham Əliyevin Xocalıdan Ermənistan cəmiyyətinə çağrışlarıdır. Prezident Ermənistana növbəti dəstəkçilər, himayədarlar və havadarlar axtarmaq əvəzinə bu problemin yeganə çıxış yolunun Azərbaycanla danışıqlar aparmaqdan keçdiyini dedi. Başqa çıxış yolu yoxdur.

Parisdə, Brüsseldə, Vaşinqtonda və digər paytaxtlarda bu problemin həllini axtarmaq ya siyasi savadsızlıqdır, ya da əxlaq dəyərlərini itirməkdir. Başqa halda isə bu, açıq şəkildə həyata keçirilən konkret düşmənçilik siyasətidir. Yəni hər bir halda burda mənfi məqamlar var və düşünürəm ki, burada sülh atmosferini sağlamlaşdırmaq üçün ddım atmalı olan tərəf Ermənistandır. Burada prosesin müsbət istiqamətdə getməsi üçün Azərbaycanın çağırışlarına cavab verməli olan tərəf də Ermənistandır. Ermənistan nə qədər ki, bu prosesin həlli istiqamətində deyil əksinə bu prosesə mane olmaq istiqamətində addımlar atacaqsa, o halda biz bu məsələdə ciddi bir uğur əldə edə bilmərik. Bu da Ermənistanın növbəti təxribatlarını reallaşdıra bilər ki, Azərbaycan da bu təxribatlara ən ağır şəkildə layiqli cavabını verəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar