Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ursula fon der Leyen: Avropa Rusiyanın qalib gəlməsinə imkan verməyəcək...

Avropa Vladimir Putinin Ukraynada qalib gəlməsinə imkan verə bilməz, çünki belə bir qələbənin qiyməti Ukraynaya yardımın hazırkı xərclərindən qat-qat yüksək olacaq...

Poliqon xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentində dinləmələr zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Söhbət öz təhlükəsizliyi üçün məsuliyyət daşıyan Avropadan gedir. Sadə həqiqət budur ki, bizim rahatlıq lüksümüz yoxdur, dünyanın digər yerlərində seççilər və ya qərarlar üzərində nəzarətimiz yoxdur. Sadəcə olaraq bizim bu məsələyə baxmağa vaxtımız qalmayıb. Tərəfdaşlarımızın dəstəyi olsa da, olmasa da, Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik. Çünki təhlükəsizliyin olmamasının qiyməti, Rusiyanın bu qələbəsinin qiyməti indi edə biləcəyimiz hər hansı qənaətdən qat-qat yüksək ola bilər", deyə Avropa Komissiyasının sədri vurğulayıb.

Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın Avropa bank institutlarında yerləşən maliyyə aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün kollektiv silah alınmasına yönəldəcək:

"Ukrayna üçün hərbi texnikanın birgə alınması üçün Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərinin istifadəsini müzakirə etməyin vaxtı çatıb. Bundan daha güclü simvol ola bilməz və ya Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirmək üçün bu puldan daha məqsədəuyğun istifadə ola bilməz".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar