Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden: Qəzzada atəşkəs martda əldə edilə bilər...

ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəslə bağlı razılıq martın 4-dək əldə edilə bilər...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl “Axios” portalı mənbələrə istinadən altı həftəlik atəşkəs və fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində 40 Həmas girovunun azad edilməsi üçün aparılan danışıqlarda irəliləyiş olduğunu bildirmişdi.

“Milli təhlükəsizlik üzrə müşavirim (Ceyk Sallivan) mənə razılaşmaya yaxın olduğumuzu söylədi. Biz razılaşmaya yaxın olsa da, danışıqlar hələ də davam edir. Ümid edirəm ki, gələn bazar ertəsi biz atəşkəs əldə edəcəyik”, deyə Co Bayden atəşkəs danışıqlarının nəticələri ilə bağlı suala cavab verib. CNN qeyd edir ki, Amerika prezidenti bu sualı komediya ustası Set Meyerslə Nyu-Yorkda dondurma mağazasında çıxışı zamanı cavablandırıb.

Xatırladaq ki, fevralın əvvəlində Parisdə İsrail nümayəndələri və vasitəçilər Misir, QətərABŞ bir neçə mərhələni, fələstinli əsirlərin israilli girovlarla dəyişdirilməsini və müharibəni dayandırmaq öhdəliyi olmadan uzunmüddətli atəşkəsdən ibarət çərçivə sazişi üzərində razılığa gəliblər. “Axios” daha sonra İsrailin çərçivə sazişi layihəsində əhəmiyyətli güzəştlərə getdiyini bildirib. Portalın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə Co Baydenə telefon danışığında bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar