Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcək

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib...

Poliqon.info-nun xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayevlə Bakıda işgüzar səfərdə olan Qazaxıstanın müdafiə nazirinin müavini Bakıtbek Sıdıkov və tikinti nazirinin müavini Azamat Beyspekov arasında görüş zamanı müzakirə aparılıb.

Nazir Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqətdən, ölkəmizdə bu sahənin sürətli inkişafından bəhs edib.

V.Mustafayev qardaş türk xalqları arasında bir çox istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində də əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Qazaxıstan rəsmiləri isə müdafiə sənayesi sahəsində Azərbaycanla ikitərəfli əlaqələrin bundan sonra daha da uğurla inkişaf etdiriləcəyindən əmin olduqlarını qeyd ediblər.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ən çox oxunanalar