Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abituriyentlər ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı veriblər - Yenilənib

18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunub....

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3‑ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

***

Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirir.

Sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

DİM-dən bildirilib ki, imtahan vermək üçün 3 469 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, XaçmazLənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil edilir.

Sınaq imtahanı saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45 də başa çatacaq.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, “cavab kartı”ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, “cavab kartı”nı qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Abituriyentlərə tövsiyə olunur ki, “cavab kartı”nda cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya “cavab kartı”nda imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar.

İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.

Mərkəz abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Ən çox oxunanalar