Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın orduda son kadr dəyişiklikləri nədən xəbər verir?

Sərhəddə baş verən insidentdən sonra Ermənistan ordusunda bir sıra ciddi sayılacaq kadr dəyişikliyi edildi...

Politoloq: “Ermənistan hakimiyyəti tez-tez orduda, ordu komandanlığında dəyişiklik edir. Amma orduda olan bu dəyişikliklər o qədər də təsirli olmurdu”.

Ermənistan ordusunda nizam-intizam məsələləri və yaxud, ordunun effektiv şəkildə rəhbərliyə tabe olmasıyla bağlı istiqamətdə ciddi dəyişikliklər baş verməyib”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistan ordusunda baş verən kadr dəyişikliklərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, sərhəddə baş verən insidentdən sonra Nikol Paşinyan Ermənistan ordusunda bir sıra ciddi sayılacaq kadr dəyişikliyi edib. Paşinyanın orduda son kadr dəyişiklikləri nədən xəbər verir və bu yerdəyişmələr Ermənistan ordusuna rusiyanın təsirini azalda bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Paşinyan Rusiyaya meyilli və yaxud da ki, revanşistlərə yaxın qruplaşmaları ordudan uzaqlaşdırıb. Bu barədə demək olar ki, müəyyən nailiyyətlər var”.

Sərhəd insidentinin Ermənistanın da xeyrinə olmadığını vurğulayan politoloq qeyd edib ki, Ermənsitan hakimiyyəti sərhəd insidentinin nəticəsinin onlar üçün yaxşı olmayacağını bilirdi:

Ermənistan hakimiyyəti tez-tez orduda, ordu komandanlığında dəyişiklik edir. Amma orduda olan bu dəyişikliklər o qədər də təsirli olmurdu. Buna baxmayaraq bu və digər şəkildə Paşinyan öz adamlarını ordu başçılığına gətirə bilirdi. Beləliklə də, Paşinyan Rusiyaya meyilli və yaxud da ki, revanşistlərə yaxın qruplaşmaları ordudan uzaqlaşdırıb. Bu barədə demək olar ki, müəyyən nailiyyətlər var.

Ermənistan ordusunda nizam-intizam məsələləri və yaxud, ordunun effektiv şəkildə rəhbərliyə tabe olmasıyla bağlı istiqamətdə ciddi dəyişikliklər baş verməyib. Belə ki son insident də bundan xəbər verir. Əslində bu insident Ermənistanın da xeyrinə deyil. Çünki Ermənsitan hakimiyyəti sərhəd insidentinin nəticəsinin onlar üçün yaxşı olmayacağını bilirdi.

Bütün hallarda insident baş verdi. Bu da ondan xəbər verir ki, Ermənistan ordusunda proseslər o qədər də idarə olunan deyil yaxud ki, arzuladıqları kimi idarə olunan deyil. Ermənistan rəhbərliyinin arzuladıqları odur ki, ordu idarə olunan hala gətirilsin”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar