Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: Azərbaycanda idarəetmə sistemi təkminləşdirilməlidir...

Fevralın 7-dən sonrakı Azərbaycanın inkişaf perpektivləri əsasən hansı istiqamətləri əhatə edə bilər?..

Politoloq: “Parlamentin yenidən seçiləcəyini birmənalı söyləmək mümkündür. Ola bilsin ki, Parlamentdə deputatların sayları artaraq 550 nəfər olsun”.

“Bəzi kiçik rayonların birləşdirilməsi hesabına vilayətlər yarana bilər. Vilayətin başında da vali dayana bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli seçkilərdən sonrakı Azərbaycanı Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycanda prezident seçkiləri keçirildi və ilkin məlumatlara görə bu seçkilərdə prezident İlham Əliyev inamlı qələbə qazanıb. Bəzi yerli müşahidəçilər bildiriblər ki, prezident seçkilərindən sonra istər yeni hökümətdə, istərsə də bütövlükdə ölkədə ciidi siyasi və iqtisadi islahatlar gözlənilir.

Bu islahatlar əsasən hansı sahələri əhatə edə bilər və fevralın 7-dən sonrakı Azərbaycanın inkişaf perpektivləri əsasən hansı istiqamətləri əhatə edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Qarşıda bizi ölkədaxilində ciddi məsələlər gözləyir”.

Ermənistanla sülh müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesi və bölgədə vəziyyətin nizama salınması kimi problemlərin də qarşıda durduğunu nəzərə çatdıran politoloq bu məsələlərin hamısının öhdəsindən gəlməyin mümkün olacağına ümid edir:

“Mənim zənnimcə, Azərbaycanda idarəetmə sistemi təkminləşdirilməlidir. Yəni idarəetmə sisteminə daxil olan strukturlar - Parlament, Nazirlər Kabineti, Bələdiyyələr, İcra Hakimiyyətləri və s. - istiqamətlərində əsaslı dəyişikliklər aparılmalıdır. Məsələn, Parlamentin yenidən seçiləcəyini birmənalı söyləmək mümkündür. Ola bilsin ki, Parlamentdə deputatların sayları artaraq 550 nəfər olsun.

Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin səlahiyyətləri Konstitusiya Məhkəməsində təsdiq ediləcək və hökümət istefaya gedəcək. Yeni kabinet, yeni hökümət formalaşdırılacaq. Ən yaxın vaxtda bu mütləq baş verəcək.

Bələdiyyələrin rolunun artırılması barədə fikirlər var. Eyni zamanda, bəzi kiçik rayonların birləşdirilməsi hesabına vilayətlər yarana bilər. Vilayətin başında da vali dayana bilər. Yerlərdəki icra hakimiyyəti orqanlarını isə xalqın seçdiyi bələdiyyə orqanları əvəz edə bilər.

Bütün bunlar həm cəmiyyətdə demokratikləşmənin səviyyəsini qaldıra bilər, həm də idarəetmə formasını daha da çevik və səmərəli edə bilər. Düşünürəm ki, qarşıda bizi ölkədaxilində ciddi məsələlər gözləyir. Eyni zamanda Ermənistanla sülh müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesi və bölgədə vəziyyətin nizama salınması kimi problemlər də qarşıda durur.

Ümidvaram ki, bu məsələlərin hamısının öhdəsindən gəlmək mümkün olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar