Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq: Tramp seçkidə qalib gəlsə belə, ABŞ NATO-dan çıxmayacaq...

Yens Stoltenberq Trampın seçkidə qalib gələcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxacağına şübhə ilə yanaşıb...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti prezident seçkilərində qalib gəlsə belə, Vaşinqtonun faktiki olaraq NATO-dan çıxacağı ehtimalı yoxdur.

Poliqon Politico nəşrinə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Amerikaya rəsmi səfəri zamanı deyib.

“Mən əminəm ki, Birləşmiş Ştatlar sadiq müttəfiqi olaraq qalacaq. Axı NATO-nun Avropa üzvləri ABŞ-ın müdafiə satışı üçün bazar yaradır. Arizonadan Virciniyaya, Floridadan Vaşinqton ştatına qədər Amerikanın iş yerləri NATO-dan asılıdır”, deyə Baş katib vurğulayıb.

Stoltenberq qeyd edib ki, Avropa ölkələrinin artıq ABŞ-dan 120 milyard dollarlıq silah sifariş edib.

Qeyd edək ki, yanvarın 21-də Ağ Evin keçmiş kommunikasiya direktoru və keçmiş müşavir Entoni Skaramuççi deyib ki, Trampın mümkün qələbəsi Avropa üçün ciddi problem yaradacaq, çünki Tramp NATO-ya nifrət edir və onun ləğvini hər şeydən çox istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar