Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxi öldürmək planı, Hacı Sabirin infarktı, Mərdanovun nurçularla işbirliyi - Gizli məqamlar - Video

“BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında jurnalist Niyaz Niftiyevin təqdimatında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev olub...

R.Əliyev müsahibəsində komitə sədri olduğu 2000-ci illərdə bir sıra İslam təriqətlərinin Azərbaycana axını, vəhabilərin icma halında məscidlərdə möhkəmlənmələri, dini təriqətlərə geniş azadlıq verilməsinin səbəbləri, nurçuların hakimiyyətin müxtəlif qollarında təmsil olunmaları və ölkənin təhsil sistemini ələ keçirmələri fonunda dövrün təhsil naziri Misir Mərdanovun onlara boyun əyməsi haqda suallara aydınlıq gətirib. O, söhbət zamanı eyni zamanda QMİ-Komitə mübarizəsi, QMİ sədrliyi uğrunda Hacı Sabir Həsənli – Şeyx Allahşükür Paşazadə savaşında naxçıvanlı məmur kontingentinin rolu, Hacı Sabirin iş otağında infarkt keçirməsi kimi bir çox məqamlara toxunub.

Müsahibədə həmçinin A.Paşazadə ilə söhbətindən sonra Komitəyə gələn xarici jurnalistin “Şeyxülsilamın Prezident olmaq şansı varmı?” kimi təxribatçı sualına R.Əliyevin sərt cavabı, Həcc ziyarətinin qiymətlərinin baha olması ilə bağlı ictimai narahatçılıqlara Heydər Əliyevin reaksiyası və digər maraqlı məsələlərə yer ayrılıb.

Veriliş növbəti həftənin birinci günü - fevralın 5-i saat 11:00-da “BakuPost”un YouTube kanalında yayımlanacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşüb

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb - Yenilənib, Video

Ən çox oxunanalar