Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Ermənistandakı səfirliyi blokadaya həsr olunmuş abidənin təhqir edilməsindən hiddətlənib

Rusiyanın Ermənistandakı səfirliyi teleqram kanalında İrəvanda “Leninqrad blokadasının uşaqlarına” adlı abidə ilə bağlı vandalizm aktından hiddətləndiyini bildirib...

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Leninqrad blokadasının uşaqlarına” abidəsi qarşısındakı təxribat bizi hiddətləndirib. Belə hərəkətləri bu faciə qurbanlarının və şəhəri müdafiə edən qəhrəmanların xatirəsinə qarşı açıq qəzəb ifadəsindən başqa bir şey kimi qiymətləndirmək çətindir”, - səfirliyin bəyanatında qeyd edilib.

Bundan əlavə, İrəvandakı Rus Evinin rəhbəri Vadim Fefilov abidənin təhqir olunması ilə bağlı Ermənistanın Baş Prokurorluğuna müraciət edib.

“Böyük Vətən Müharibəsi illərində baş vermiş hadisələrlə bağlı ksenofobiya əsasında etnik ədavəti qızışdıran və zorakılığa çağıran hərəkətləri, Rusiya Federasiyasına qarşı fikirləri qəbuledilməz hesab edirik. Sizdən araşdırma aparılmasını və Samvel Şirinyanın əməllərinə hüquqi qiymət verilərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirəm”, - Baş prokuror Anna Vardapetyana ünvanlanan müraciətdə vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə özünü Samvel Şirinyan kimi təqdim edən İrəvan sakini abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək yayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar