Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

"Qarabağı hər kəs Azərbaycan ayrılmaz hissəsi kimi tanıyıb. Status məsələsi bağlanıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır", - nazir vurğulayıb.

S.Lavrov bildirib ki, Vladimir Putin 2020-ci ildə müharibənin dayandırılmasında həlledici rol oynayıb: "Rusiya, AzərbaycanErmənistan arasında bəzi parametrləri, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasını, ticarət və nəqliyyat əlaqələrinin bərpa edilməsi və sülh sazişinin imzalanmasını əhatə edən bir neçə üçtərəfli sənəd ən yüksək səviyyədə razılaşdırıldı. Son zamanlar müşahidə edirik ki, bütün bu razılıqların əldə olunmasından sonra qərbli həmkarlarımız Rusiyanın bu istiqamətdə irəliləyişə nail olmasını düzgün saymır. Onlar AzərbaycanErmənistanı Brüsselə, Parisə, Vaşinqtona, Praqaya çağırır. Yeri gəlmişkən, 2020-ci ildə də Praqada Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri çərçivəsində tanıdığını bildirən sənəd imzaladı və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu o deməkdir ki, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Rəsmi Moskva: İndiki şəraitdə Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil

Ən çox oxunanalar